xari

Fransada fövqəladə vəziyyət payızadək uzadıla bilər

DÜNYA
21:35 21.01.2021
420
Fransada koronavirus pandemiyası ilə əlaqədar fövqəladə sanitar vəziyyət payıza qədər uzadıla bilər.

Bunu ölkənin səhiyyə naziri Olivye Veran deyib.

O bildirib ki, bu, peyvəndləmə prosesi ilə bağlıdır:

"Hətta peyvəndləmə prosesi ən yüksək səviyyədə təşkil olunsa belə, yay aylarına qədər həssas qrupa daxil olan hər kəsi peyvəndləmək mümkün olmayacaq. Ona görə də fövqəladə sanitar vəziyyətin payıza qədər uzadılması təklif olunur".

Hazırda iyulun 1-dək qüvvədə olan vəziyyət sentyabrın 30-dək uzadıla bilər.
 
///Trend

OXŞAR XƏBƏRLƏR