14:45 çərşənbə, 13 Noyabr 2019
KRİMİNAL

Goranboyda ananın doğuşdan sonra ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

13:00, 11.09.20194373
Goranboyda ananın doğuşdan sonra ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Goranboyda doğuşdan sonra ananın ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

AZXEBER.COM -un APA-ya istinadən məlumatına görə, Goranboy rayon Şahməmmədli kənd sakini, 1997-ci il təvəllüdlü Əfsanə Quliyevanın uşaq dünyaya gətirdikdən sonra ölməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, məlum hadisə bir neçə gün əvvəl baş verib. Ə.Quliyeva qız övladı dünyaya gətirib. Körpənin vəziyyəti normal qiymətləndirilir.

XƏBƏR LENTİ