22:32 çərşənbə, 21 Avqust 2019
İDMAN

Güləşçimiz erməniyə qalib gəlib finala yüksəldi

19:37, 09.08.20194930
Güləşçimiz erməniyə qalib gəlib finala yüksəldi

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Qran-pri turnirində finala yüksəlib. 

 82 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Ermənistan təmsilçisi Maksim Manukyanı məğlubiyyətə uğradıb. Hüseynov rəqibinə tam üstünlüklə - 9:1 hesabı ilə qalib gəlib. 

 

Qeyd edək ki, final görüşü sabah keçiriləcək. 

 

Qafqazinfo

XƏBƏR LENTİ