xari

Günay Orucova ordenlə təltif etdi

GƏNCLİK
22:50 05.03.2021
709
Soydaşlarımızın dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq onlar vahid ideologiya ətrafında birləşməyi, fəaliyyətlərini bu istiqamətdə davam etdirməyi əsas məqsəd olaraq seçirlər.

Marsol - Qadın Sahibkarlarla iş üzrə departament rəhbəri Orucova Günay İlham qızı "Şərəf” ordeni ilə təltif edilib.

5 mart 2021-ci il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) Azərbaycanın 3 nəfər ictimai xadiminin "Şərəf” ordeni ilə təltif edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının informasiya departamentindən mətbuata açıqlama verilib.

Gunay Orucovanın ”Şərəf” ordeni ilə təltif edilməsi barədə əmri UQTMŞ Sədri Daşqın Gülməmmədov imzalayıb.

Təltif haqqında əmrdə qeyd edilir ki, Orucova Gunay Ukrayna Qarapapaq Türkləri Milli Şurasının "Şərəf” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, 25 dekabr 2019-cu il tarixində, Ukrayna Qarapapaq Türkləri Milli Şurası Rəyasət Heyəti, ictimai, siyasi, elmi, təhsil və digər fəaliyyətlərində fərqlənmiş şəxslərin təltif edilməsi üçün Ukrayna Qarapapaq türkləri Milli Şurasının "Şərəf” ordeni təsis edilməsi barədə qərar qəbul edib.

Ukrayna "Dövlət təltifləri haqqında” və Ukrayna "İctimai birliklər” haqqında qanunlarına, o cümlədən Ukrayna Qarapapaq Türkləri Milli Şurası Nizamnaməsinə uyğun olaraq təsis edilən "Şərəf” ordeni, Ukrayna dövləti, Türk Dünyası və Qarapapaq türkləri qarşısında xidmətlərinə görə fərqlənmiş şəxlərin təltif edilməsi üçün nəzərdə tutulub. "Şərəf” ordenin ilk sahibi Dünya Qarapapaq Türklərinin Baş Şadı, Türkiyənin ictimai-siyasi xadimi Öndər Cəmil oğlu Aksudur. O, bu ordenə 5 yanvar 2020-ci il tarixdə layiq görülüb.

"Şərəf” ordeninin hüquq statusuna gəlincə, bildirək ki, Ukrayna Qarapapaq Türkləri Milli Şurası Ümumulrayna İctimai Birliyinin Nizamnaməsi və "Şərəf” ordeni Statutu ilə tənzimlənir.

"Şərəf” ordeni Ukrayna vətəndşlarına Ukrayna dövlətinin tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə, Ukraynanın ərazi bütövlüyünün müdafiəsində, Ukraynanın dövlət mənafelərinin qorunmasında göstərilən mərdlik və şücaətə, Ukraynada yaşayan Qarpapaq Türklərinin milli mənafeinin qorunmasına və müdafiəsinə görə verilir.

Orden həmçinin xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Ukrayna xalqı və dövləti, Türk dünyası, dünyada yaşan Qarapapaq türkləri qarşısında göstərdiyi müstəsna xidmətlərə, milli mənafelərin qorunmasında mərdliyə və şücaətə görə verilir. "Şərəf” ordeni ilə eyni zamanda şəxslər Ukrayna Qarapapaq Türkləri Milli Şurası qarşısında müstəsna xidmətlərinə, ictimai-siyasi fəaliyyətinə görə təltif edilirlər.

"Şərəf” ordeninin, Ukrayna Qarapapaq Türkləri Milli Şursının "Təltif və Mükafatları haqqında” Əsasnaməsi və "Şərəf” ordenin Statutu ilə təsdiq edilmiş vahid dərəcəsi mövcuddur.

Ordenin təsvirinə gəlincə, "Şərəf” ordeni səkkizguşəli ulduz əsasında tərtib edilmiş kompozisiyadan ibarətdir. Şəkkizgüşəli ulduzun qızıl suyuna çəkilmiş tökmə lövhədir. Səkkizgüşəli ulduzun mərkəzində qırmız rəngli, emalla işlənmiş dairə yerləşir, dairənin içində Qarapapaq Türklərinin milli totemi olan ağ qanadlı bars təsvir olunub. Bütün təsvirlər, həmçinin ulduzun reylefi qabarıqdır. Ordenin arxa tərəfi hamar səthlidir, aşağı hissədə ordenin nömrəsi həkk olunub.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:44 19.04.2021

Bakıda evdən 11 600 manat pul oğurlayan dəstə üzvləri saxlanıldı - VİDEO

16:34 19.04.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldı

16:32 19.04.2021

Daha bir qazi və şəhid anası əməliyyat olundu - FOTO

16:29 19.04.2021

Başına 25 tikiş qoyulan qapıçımız: “Ayılanda üzüm qan içində idi”

16:14 19.04.2021

Yunanıstan və Fransa səfirləri Türkiyə XİN-ə çağırıldı

16:04 19.04.2021

Elza Seyidcahanın yeni "şeiri": "Mal təzəyini divarlara yapanam"

15:56 19.04.2021

Koronavirus Ermənistan səhiyyəsini diz çökdürdü: Çarpayı ehtiyatı tamamilə tükəndi

15:55 19.04.2021

Prezident İlham Əliyev görülən işlərlə maraqlandı: "Qarabağda işlər necə gedir?"

15:41 19.04.2021

Bu ölkədə maska rejimi ləğv edildi: İnsanlar çimərliyə axışdı - VİDEO

15:39 19.04.2021

“Azərenerji”nin prezidenti: “Suqovuşandakı SES-lər işə salınıb, test gedir”

15:37 19.04.2021

Prezident Bakıda Nizami parkının abadlaşdırılmasına 5 milyon manat ayırdı

15:23 19.04.2021

İki hissəyə bölünən stadionla bağlı nazirlik araşdırmaya başladı - VİDEO

15:21 19.04.2021

Mariya Zaxarova: "Rusiyaya qarşı aksiyaların arxasında ABŞ durur"

14:59 19.04.2021

Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiqləndi - SİYAHI

14:54 19.04.2021

Kraliça Elizabetin sirrli çantasında nələr var imiş?

14:43 19.04.2021

“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı