19:18 şənbə, 21 Sentyabr 2019
İQTİSADİYYAT

Güzəşt kartları həm şirkət, həm müştəri üçün qazanclıdır - YENİLİK

17:32, 21.12.20121310
Güzəşt kartları həm şirkət, həm müştəri üçün qazanclıdır - YENİLİK

Azərbaycanda biznesin müasir tendensiyalara uyğunlaşması ilə şirkətlərin fərqli aksiya və kampaniyaları get-gedə artıb. Onlardan yeni tətbiq olunan və tez bir zamanda dəb halına gələn xüsusi güzəşt kartları isə cəlbediciliyi ilə seçilir.

Bu yaxınlarda "Çudo Peçka" şirkəti ballar yığılması sistemi ilə işləyən "Şirin kart" adlı belə bir endirim kartını istifadəyə verib. Kart mağaza-kafelər şəbəkəsində mütəmadi alış-veriş edən şəxslərə müəyyən güzəştləri nəzərdə tutur.

Belə kartlar müştərinin sadiqliyini artırır

"Çudo Peçka"nın Marketinq və Reklam departamentinin rəhbəri Emin Abasov ümumiyyətlə bu tip endirim kartlarının işləmə sxemi, məqsədləri və biznesdəki rolu barədə danışıb. Mütəxəssisin sözlərinə görə, şirkətlər əsasən sadiq müştərilərinə dəyər verdiklərini göstərmək məqsədi ilə endirim karltarı hazırlayır.

"Endirim kartları əsasən bir neçə dəfə alış-veriş edən şəxslərə verilir, bəzən isə cəmi 1 dəfə məhsul alan şəxsə də hədiyyə oluna bilər. Həmin kartların verdiyi güzəştlərdən yararlanmaq üçün onu əldə edən şəxs həmin kartlardan bir neçə dəfə istifadə etməlidir. Daha dəqiq desək, kart sahibi nə qədər çox alış veriş etsə, bir o qədər də güzəşt qazanır", - o deyib.

Marketinq mütəxəssisi güzəşt kartlarının iki ayrı hədəfinin olduğunu diqqətə çatdırdı: "Birincisi, bu tip kartlar şirkətin daimi müştəriləri olmuş şəxslərə hədiyyədir. Yəni onların tez-tez müəssisəyə baş çəkdiyini nəzərə alaraq bu üsulla sanki təşəkkür edilir. Çünki şəxslərin bir markaya tez-tez müraciət etməsi əsasən o markaya olan etibardan, sevgidən doğur. Marka isə müştərilərinin sevgi və etibarına eyni formada cavab vermiş olur. Güzəşt kartlarının ikinci məqsədi yeni, daimi olmayan müştəriləri də loyal müştəriyə çevirməkdir. Yəni həmin güzəşt kartlarına malik şəxslər çalışacaq ki, kartına sahib olduğu markanın məhsulundan istifadə etsin".

"Şirin kart" şirniyyat həvəskarlarına sərfəlidir

Emin Abasov kartların işləmə sistemini konkret nümunə üzərində izah edib. O bunun üçün "Çudo Peçka"nın bir neçə gün öncə müştərilərinin istifadəsinə verdiyi "Şirin kart" adlı güzəşt karını misal çəkib:

"Şirin kart"lar hələlik 3 pilləlidir. Onlar 5, 10 və 15 fazilik endirim nəzərdə tutan 3 müxtəlif kartdan ibarətdir. İlk 5%-lik kart "Çudo Peçka"dan tort alan şəxslərə hədiyyə olunur. Daha sonra həm "Qənnadı", həm də "Şərq şirniyyatı" şöbələrindən alış-veriş edərkən kartlarını təqdim edirlər və müştərinin həmin 2 şöbədə xərclədiyi istənilən miqdarda məbləğ kartın yaddaşına köçürülür və üst-üstə toplanır. Toplan məbləğ qalxdıqca alış-verişə görə tətbiq olunan endirim faizi də böyüyür. Həmçinin, onu bildirmək istəyirəm ki, "Çudo Peçka" öz sahəsində güzəşt kartları tətbiq edən ilk şirkətdir və bu cür layihələrlə paytaxtda "fast-food" və qənnadı məhsulları üzrə ən iri şəbəkə olması üstünlüyünü layiqincə qoruyur".

Marketinq menecerin izahından da göründüyü kimi, karta sahib insanlar nə qədər çox alış-veriş etsələr, məhsulu bir o qədər çox endirimlə alırlar. Yəni, qısaca desək, yeni güzəşt kartları şirniyyat sevənlərə yeyərkən qənaət etmək imkanı verir.

"Şirin kart" "Çudo Peçka"nın müştərilərinə Yeni il hədiyyəsidir.

 

XƏBƏR LENTİ