13:22 Bazar Ertəsi, 14 Oktyabr 2019
İDMAN

Hacı Əliyev danışdı: "Onları Allaha tapşırıram"

13:10, 20.09.20193014
Hacı Əliyev danışdı:

Üçqat dünya və Avropa çempionumuz Hacı Əliyev (-65 kq) Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya birinciliyində medal qazana bilməyib.

AZXEBER.COM xəbər verir ki, Olimpiya mükafatçımız bürünc medal üçün qatıldığı ikinci təsəlliverici görüşdə yaponiyalı Takuto Otoquroya uduzub – 9:11.

Bununla da Hacı Əliyev dünya çempionatı vasitəsilə Tokio Olimpiadasına vəsiqə qazana bilməyib.

Hacı bu hadisəylə bağlı açıqlama verib: "Bu gün burdan əliboş gedirəm. Amma mənim haqqıma girənləri Allaha tapşırıram. Ən əsas da başda oturan bütün hakimlərə haqqımı halal etmirəm. Bu son deyil. İnşallah ki, hər şey qarşıdadır. Allah nə yazıbsa xeyirlisi olsun.
 
Qeyd edək ki, Hacı hakimlərin qərəzli qərarına görə yarışda məğlub olub. 
XƏBƏR LENTİ