10:51 çərşənbə, 11 Dekabr 2019
MARAQLI

Həmyerlimiz Türkiyəyə səs saldı: 20 günə ingilis dilini öyrədir

12:44, 12.11.20192523
Həmyerlimiz Türkiyəyə səs saldı: 20 günə ingilis dilini öyrədir

Azərbacanlı fenomen Emin Qulu son günlər Türkiyə mediasında adı ən çox çəkilən azərbaycanlı olub.

Buna səbəb, yazarın həm Azərbaycan, həm Türkiyədə işıq üzü görən "20 Günde İngilizce” adlı kitabı olub.

Bu haqda məlumatı AZXEBER.COM-a jurnalist Ülviyyə Alovlu verib.

Azərbaycanlı poliqlotun xüsusi metodika ilə ingilis dilini cəmi 20 dərsə öyrətmək qabiliyyəti Türkiyədə böyük ajiotaj yaratdığından dərhal - mötəbər beynəlxalq tədbir sayılan – TÜYAP "Uluslararası İstanbul Kitap Fuar”-ına dəvət alıb.

Noyabrın 10-u həm də İmza Günü keçirilən 25 dil bilən poliqlot Emin Qulu haqda Türkiyənin öndəgedən xəbər saytları geniş yazılar yazıb, müxtəlif səpgidə müsahibələr alıblar.

XƏBƏR LENTİ