Hərbi xidmətə çağırılanlardan koronavirus testi götürülür

Hərbi xidmətə çağırılanlardan koronavirus testi götürülür
SAĞLAMLIQ
10:21 23.10.2020
770
Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi məqsədilə yaradılmış işçi qrupu Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsində monitorinq keçirib.

AZXEBER.COM-un məlumatına görə, işçi qrupunun üzvü Nailə Daşdəmirova bildirib ki, hazırda Azərbaycanda COVID-19 virusuna yoluxanların sayının artması ilə əlaqədar sahə tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışır. Məntəqələr həftənin 6 günü (bazar günü istisna olmaqla) saat 08:00-dan saat 20:00-dək fəaliyyət göstərir. İş yükünün artması səbəbindən məntəqələrə əlavə tibb işçiləri cəlb olunub:

"Sahə məntəqələrinin tibbi heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhərində 11 rayon üzrə İdarələrinə ezam olunub. Sahə tibb məntəqələrinin işçiləri ora səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımızdan hərbi xidmətə yollanmazdan əvvəl COVID-19 virusunun aşkarlanması məqsədilə test nümunələri götürmək üçün göndərilib. Götürülən testlərin nəticələri bir necə saat ərzində əldə olunur, nəticədən asılı olaraq müvafiq tədbirlər görülür”.

N. Daşdəmirova qeyd edib ki, oktyabrın 11-də başlayan 3-cü monitorinq 21 oktyabrda yekunlaşıb. İşçi qrupu tərəfindən sahə məntəqələrinin rəhbərliklərinə məntəqələrdə işin yüksək səviyyədə təşkili və göstərilən tibb xidməti keyfiyyətinin artırılması üzrə tövsiyələr verilib.

O bildirib ki, 814 Çağrı Mərkəzi və poliklinikalara daxil olan müraciətlər dəyərləndirilməli sahə həkimlərinə yönəldilməlidir:

"Sahə həkimləri tərəfindən xəstələrin şikayətlərinə uyğun olaraq testlərin müəyyən etməli, test ev şəraitində götürülməli, qısa müddətdə cavablandırılmalı, Səhiyyə Nazirliyi tərəfindən verilən dərman preparatları xəstəyə çatdırılmalı, 14 gün ərzində xəstəyə nəzarət məqsədilə gündə iki dəfə əlaqə saxlanılmalı və vəziyyəti haqda qeydlər tibbi kartlara daxil edilməlidir. Müraciət edən şəxslərin xəstəliyə yoluxma faktı təsdiq edildiyi halda dərhal onların son zaman təmasda olduqları ailə üzvlərinin müəyyən olunması həyata keçirilir. Bundan sonra koronavirusa yoluxmuş şəxslərin yaxınlarından ev şəraitində testlər götürülür və onlar müvafiq qaydada izolyasiya edilir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb