xari

Heydər Əliyev Fondunun dəstəyi ilə eşitmə qüsurlu şəxslər əməliyyat olundu - Fotolar

SOSİAL
12:19 06.02.2021
871
Heydər Əliyev Fondunun dəstəyi ilə "Koxlear implantasiya” proqramı çərçivəsində bir qrup eşitmə qüsuru olan şəxslərin əməliyyatı həyata keçirilib.

Fonddan verilən məlumata görə, anadangəlmə və qazanılmış eşitmə qüsuru olan bu şəxslər əksəriyyəti uşaqlar olmaqla müxtəlif yaş kateqoriyalarındadır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ilkin olaraq eşitmə qüsuru olan şəxslərin pulsuz muayinələri təşkil edilir, daha sonra təyinatı olan şəxslər əməliyyata cəlb edilir.

Qeyd edək ki, koxlear implant mürəkkəb tibbi elektron qurğudur, anadangəlmə və qazanılmış eşitmə qüsuru olan şəxslərə tətbiq edilir. İlkin olaraq eşitmə qüsurlu şəxslər müayinədən keçirilir və onların koxlear implantasiya əməliyyatına uyğunluğu müəyyən edilir, bundan sonrakı mərhələdə isə cərrahi əməliyyat və reabilitasiya dövrü başlayır.

Əməliyyat zamanı daxili qulağa xüsusi elektrodları olan tibbi cihaz – koxlear implant yerləşdirilir. Qulağın xarici hissəsinə isə səslərin elektrik impulslara çevrilməsini təmin edən mikroprosessor və ötürücü qoşulur. Daxili qulağın ilbizindəki eşitmə sinirinin liflərinin elektrik impulslarla stimullaşdırılması baş beyin strukturlarına səsləri tanımağa imkan verir. Əməliyyatdan sonra pasiyentlərdə eşitmə qabiliyyəti yaranır, tam eşitmə və danışma qüsurlu şəxslər normal həyat tərzinə qayıda bilirlər.

Mütəxəssislər anadangəlmə eşitmə qüsurlu şəxslərdə əməliyyatın erkən yaşlarda aparılmasını daha səmərəli olduğunu qeyd edirlər.

Xatırladaq ki, Heydər Əliyev Fondu "Koxlear implantasiya” proqramını 2015-ci ildən həyata keçirir. Sonrakı dövrdə Fondun dəstəyi ilə koxlear implantasiya əməliyyatları davam etdirilib. Bu günədək Fondun proqramı çərçivəsində ölkə üzrə 200-dən çox şəxs koxlear implantasiya əməliyyatına cəlb olunub. 
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:50 27.02.2021

Azərbaycanda sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi

23:26 27.02.2021

Cavad Zərif: ABŞ Tehran və Bağdad arasında nifaq salmaq istəyir

23:11 27.02.2021

Türkiyədə koronavirusla bağlı son vəziyyət

22:52 27.02.2021

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

22:43 27.02.2021

Türkiyədə dəhşətli hadisə: Ana yeni dünyaya gətirdiyi körpəsini paltar şkafında gizlətdi, uşaq öldü

22:29 27.02.2021

Saatlı sakini ehtiyatsızlıqdan özünü güllələdi

21:49 27.02.2021

Bakıda mənzildən kişi meyiti tapıldı

21:33 27.02.2021

Ermənistan müxalifəti: Bütün hərbçilər Paşinyanın istefasını tələb edir

21:19 27.02.2021

İŞİD-çilər Suriyada qaz borusunu partlatdılar

21:07 27.02.2021

XİN-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə göndərilməsi ilə bağlı AÇIQLAMA

21:04 27.02.2021

Mutasiyalara təsir edəcək yeni nəsil COVID peyvəndi hazırlanır

20:56 27.02.2021

Prezidentdən bitməyən suallara zarafatla cavab: “Əgər sual varsa, mən hazıram” - VİDEO

20:06 27.02.2021

" Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir"

18:28 27.02.2021

Ermənistanda Paşinyanın istefası tələbi ilə növbəti aksiya keçirilir

18:14 27.02.2021

Ukraynada xəstəxanada partlayış: Yaralılar var

17:43 27.02.2021

Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı artdı