xari

İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşü bölgənin inkişafı üçün vacib adlandırdı

SİYASƏT
19:22 11.01.2021
727
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Moskvada baş tutan görüşün regionun gələcək inkişafı üçün vacib olduğunu bildirib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Qeyd olunur ki, ölkə başçısı İ.Əliyev qonşu ölkələrin Qafqazın cənubunda nəqliyyat infrastrukturunun yaradılmasında fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev dəvətə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib və üçtərəfli görüşü faydalı və səmərəli qiymətləndirib.

OXŞAR XƏBƏRLƏR