İlham Əliyev Radek Vondraçeki qəbul etdi

İlham Əliyev Radek Vondraçeki qəbul etdi
SİYASƏT
14:09 16.05.2019
3744
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZXEBER.COM xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edib.

Çex Respublikası Prezidentin Azərbaycana səfərini xatırlayan Prezident İlham Əliyev parlamentlərarası əlaqələrin genişlənməsinin də münasibətlərin inkişafına töhfə verdiyini deyib. Dövlət başçısı iqtisadi əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu bildirərək Çex Respublikası Hökuməti üzvlərinin də Azərbaycana uğurlu səfər etdiklərini deyib və iqtisadi, ticarət, investisiya sahələrində əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirib. Prezident İlham Əliyev Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli keçəcəyinə və əlaqələrimizin möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyi ifadə edib.

Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçek Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarını dövlət başçısına çatdırıb. Geniş nümayəndə heyəti ilə Azərbaycana səfər etdiklərini deyən Radek Vondraçek Çex Respublikası Parlamentində müxtəlif partiyaları təmsil edən Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O bildirib ki, Çex Parlament nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədi iki ölkə arasında mövcud olan çox yaxşı münasibətlərin daha da inkişaf etdirilməsi işinə töhfə verməkdir. Radek Vondraçek Azərbaycanda müxtəlif sahələrdə aparılan köklü islahatların təqdir edildiyini, Çexiya investorları tərəfindən Azərbaycana böyük maraq göstərildiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan Respublikası ilə Çex Respublikası arasında münasibətlərin həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində uğurla inkişaf etdiyi vurğulanıb və eyni zamanda, hökumətlərarası birgə komissiyanın işinin fəallaşdırılmasının vacibliyi qeyd olunub.

Dövlət başçısı Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Çexiya Prezidentinə çatdırmağı xahiş edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qalibaf: İranın yeddi şərti qəbul edilmədən danışıqlarda irəliləyiş mümkün deyil
22:30 29.10.2026
Qalibaf: İranın yeddi şərti qəbul edilmədən danışıqlarda irəliləyiş mümkün deyil
İranın ali rəsmiləri Xameneinin vəziyyətindən danışdılar
22:18 29.10.2026
İranın ali rəsmiləri Xameneinin vəziyyətindən danışdılar
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər
22:09 29.10.2026
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
22:03 29.10.2026
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb - FOTOLAR
21:53 29.10.2026
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb - FOTOLAR
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
21:48 29.10.2026
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
21:36 29.10.2026
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
Trampla Ərdoğan arasında telefon danışığı olub
21:29 29.10.2026
Trampla Ərdoğan arasında telefon danışığı olub
“Futbol azarkeşlərindir!” - Belə təşəkkür etdi
21:24 29.10.2026
“Futbol azarkeşlərindir!” - Belə təşəkkür etdi
İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub
21:18 29.10.2026
İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub
Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
21:11 29.10.2026
Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
Aİ-nin hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var
21:04 29.10.2026
Aİ-nin hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı artdı
20:56 29.10.2026
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı artdı
Sibiha: Zelenski Putinlə ərazi məsələlərini müzakirə etməyə hazırdır
20:49 29.10.2026
Sibiha: Zelenski Putinlə ərazi məsələlərini müzakirə etməyə hazırdır
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
20:44 29.10.2026
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb
20:36 29.10.2026
Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb