İranın ali rəsmiləri Xameneinin vəziyyətindən danışdılar

İranın ali rəsmiləri Xameneinin vəziyyətindən danışdılar
DÜNYA
22:18 29.10.2026
133
İranın ali rəhbəri Ayətullah Müctəba Xamenei ilə son vaxtlar görüşən ölkə rəsmiləri onun fiziki vəziyyəti, idarəçilik bacarığı və ölkənin əsas problemlərinə münasibəti barədə açıqlamalar veriblər.

AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, "Tasnim” agentliyinin yaydığı məlumata görə, son günlər parlament sədri Məhəmməd Baqir Qalibaf, məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni-Ejei və Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rzai ilə ali rəhbər arasında keçirilən görüşlər diqqət mərkəzində olub. Bundan əvvəl prezident Məsud Pezeşkian da ali rəhbərlə iki dəfə görüşüb.

Həmin görüşlərdən sonra dövlət rəsmiləri söhbətlərin məzmunu barədə danışaraq ölkənin idarə olunması, təhlükəsizlik, iqtisadiyyat, sosial vəziyyət və məhkəmə sistemi ilə bağlı mühüm məqamlara toxunublar.

Görüşlərdə səsləndirilən tövsiyələr İran rəhbərliyinin daxili və xarici çağırışlarla mübarizə strategiyasını, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsini və əhalinin sosial vəziyyətinin qorunmasını əhatə edir.

Məhəmməd Baqir Qalibaf və Qulamhüseyn Möhsüni-Ejei ali rəhbərin səhhətinin yaxşı olduğunu, yüksək enerjiyə, qətiyyətə və ölkədəki vəziyyətlə bağlı geniş məlumata malik olduğunu bildiriblər.

Görüşlərdə əsasən aşağıdakı məsələlər müzakirə olunub:

Dövlət idarəçiliyi; milli təhlükəsizlik və xarici siyasət; iqtisadi vəziyyət; sosial sabitlik;
korrupsiya ilə mübarizə.

Ali rəhbərin tövsiyələri sırasında dövlət rəsmilərinin vahid mövqedən çıxış etməsi, cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarının nəzərə alınması və insanların gündəlik problemlərinin həlli ön planda olub.

"Ali rəhbərin səhhəti ilə bağlı dəfələrlə verilən suallara cavab olaraq qeyd edirəm ki, o, tam sağlamdır. Görüş zamanı ən çox diqqət çəkən və təsir bağışlayan məqam onun güclü ruh yüksəkliyi, enerjisi, nikbinliyi, qətiyyəti və daxili rahatlığı idi.
Bundan əlavə, ali rəhbərin məsələlərə həm ümumi, həm də detallı səviyyədə tam bələd olması və hərtərəfli məlumatlılığı xüsusilə diqqətçəkən idi.
Atasının vəfatı kimi böyük bir itkiyə baxmayaraq, onun möhkəm ruhunu, sakitliyini və nikbinliyini görmək həqiqətən ruhlandırıcı və təsirli idi”, - İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.

"O, tam sağlamdır, yüksək enerjiyə və ruh yüksəkliyinə malikdir, gündəlik məsələlərə və dövrün tələblərinə hərtərəfli bələddir. Bütün məhdudiyyətlərə baxmayaraq, onun müxtəlif mövzular üzrə məlumatları təkcə bir kanaldan deyil, müxtəlif informasiya mənbələri və yolları vasitəsilə əldə etdiyi, məsələlərə geniş şəkildə bələd olduğu açıq hiss edilirdi”, - İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni-Ejei bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda yük avtomobili qəza törədib, yolda hərəkət məhdudlaşdırılıb
23:19 29.10.2026
Bakıda yük avtomobili qəza törədib, yolda hərəkət məhdudlaşdırılıb
Kredit götürənlərə ŞAD XƏBƏR - AÇIQLAMA
23:12 29.10.2026
Kredit götürənlərə ŞAD XƏBƏR - AÇIQLAMA
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
23:09 29.10.2026
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
Almaniya Rusiya və Belarusu izləmək üçün Litvada xüsusi hərbi sistemlər yerləşdirəcək
23:03 29.10.2026
Almaniya Rusiya və Belarusu izləmək üçün Litvada xüsusi hərbi sistemlər yerləşdirəcək
Hikmət Hacıyev "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
22:49 29.10.2026
Hikmət Hacıyev "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir
22:38 29.10.2026
Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir
Qalibaf: İranın yeddi şərti qəbul edilmədən danışıqlarda irəliləyiş mümkün deyil
22:30 29.10.2026
Qalibaf: İranın yeddi şərti qəbul edilmədən danışıqlarda irəliləyiş mümkün deyil
İranın ali rəsmiləri Xameneinin vəziyyətindən danışdılar
22:18 29.10.2026
İranın ali rəsmiləri Xameneinin vəziyyətindən danışdılar
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər
22:09 29.10.2026
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
22:03 29.10.2026
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb - FOTOLAR
21:53 29.10.2026
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb - FOTOLAR
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
21:48 29.10.2026
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
21:36 29.10.2026
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
Trampla Ərdoğan arasında telefon danışığı olub
21:29 29.10.2026
Trampla Ərdoğan arasında telefon danışığı olub
“Futbol azarkeşlərindir!” - Belə təşəkkür etdi
21:24 29.10.2026
“Futbol azarkeşlərindir!” - Belə təşəkkür etdi
İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub
21:18 29.10.2026
İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub