22:43 Cümə, 17 Yanvar 2020
SİYASƏT

İlham Əliyev Zelenski və Ruhaniyə başsağlığı verdi

15:23, 08.01.20204477
İlham Əliyev Zelenski və Ruhaniyə başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə və Ukrayna Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib.

AZXEBER.COM xəbər verir ki, başsağlığı məktubunda aşağıdakılar qeyd edilib:

"Hörmətli cənab Prezident,

Tehran şəhəri yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
XƏBƏR LENTİ