19:05 şənbə, 21 Sentyabr 2019
İQTİSADİYYAT

İlin ən yaxşı avtomobilləri açılqandı - FOTO

21:57, 14.01.20131476
İlin ən yaxşı avtomobilləri açılqandı - FOTO
Detroyt avtosalonunda ilin avtomobilləri seçilib.AZXEBER.COM-un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, minik avtomobilləri sinfində ilin ən yaxşısı “General Motors” korporasiyasının istehsal etdiyi “Cadillac ATS” olub. Belə ki, bu modeldən olan avtomobil finalçılar – “Ford Fusion” və “Honda Accord”dan üstün olub. Ötən il bu nominasiyada mükafat “Hyundai Elantra” hibridinə çatmışdı. Onun ən əsas üstünlüyü isə yanacaq minimal istifadə etməsi olmuşdu. Bu maşın 100 kilometrə cəmi 7 litr benzin istifadə edir.Yolsuzluq sinfində ən yaxşı avtomobil “Chrysler” avtomobil konserninin “Ram 1500” modeli olub. Bu model maşın ötən ilki lider “Range Rover Evoque”dən mükafatı ala bilib. Finalda isə bu model onunla yarışan “Ford C-Max” və “Mazda CX-5”dən üstün olub.Qeyd edək ki, ilin ən yaxşı avtomobili gizli səsvermə yolu iilə 50 nəfər avtomobil bazarından yazan jurnalistlər arasında aparılır. Şimali Amerikanın ən böyük avtosərgisi olan Detroyt sərgisi bu il 25 dəfə keçirilib.
XƏBƏR LENTİ