BAKU AZƏRBAYCAN
7°C
euro 1.8477
dollar 1.7000
rubl 0.0227
lirə 0.2508

İmmobile Ronaldonu geridə qoydu

İmmobile Ronaldonu geridə qoydu
İDMAN
18:52 17.02.2020
7395

İtaliya A seriyasının XXIV turunda "İnter”lə oyunda qol vuran "Latsio”nun hücumçusu Çiro İmmobile öz göstəricisini yaxşılaşdırıb.

AzxeberSport xəbər verir ki, 30 yaşlı forvard son 4 mövsümdə A seriyasında vurduğu qolların sayını 93-ə çatdırmaqla bombardirlər yarışında 3-cü pilləyə yüksəlib.

O, "Top-5” liqalarda ən çox qol vuran futbolçular sırasında "Yuventus”lu Kriştianu Ronaldonu (92 qol) geridə qoyub. Son 4 mövsümdə "böyük beşlik”də ən çox fərqlənən oyunçu Lionel Messidir. "Barselona”nın kapitanının aktivində 121 top var. Onu 104 qolla "Bavariya”nın hücumçusu Robert Levandovski izləyir.

Xatırladaq ki, bu mövsüm İmmobile 24 matçda 26 qol, 4 məhsuldar ötürmə ilə komandasına töhvə verib.

OXŞAR XƏBƏRLƏR