11:50 çərşənbə, 19 Fevral 2020
DÜNYA

Çində koronavirusdan bir gündə 108 nəfər öldü

12:20, 11.02.20205400
Çində koronavirusdan bir gündə 108 nəfər öldü
Çində yeni növ koronavirusun yayılması nəticəsində ötən gün ərzində 108 nəfər ölüb.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS Çinin "Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi”nin saytında dərc olunan xəbərə əsasən məlumat yayıb.

Məlumatda bildirilir ki, Çin ərazisində 42600 nəfərdən artıq insan koronavirusa yoluxub:

"10 fevral saat 24:00-a olan nəticələrə görə, yeni növ koronavirusa yoluxaraq pnevmaniyaya tutulan xəstələrin sayı 42638 nəfərə çatıb. 3996 nəfər isə sağalaraq xəstəxanadan evə buraxılıb”, - deyə açıqlamada bildirilir.

Virusun yayıldığı Hubey əyalətində ən çox virusa yoluxma və ölmə hadisəsi qeydə alınıb. Burada virusa yoluxmuş 31738 nəfərdən 974-ü ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 1016-ya çatıb.
XƏBƏR LENTİ