BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Çingiz Qənizadənin seçicilərlə görüşü zamanı təxribat cəhdi olub — FOTOLAR

Çingiz Qənizadənin seçicilərlə görüşü zamanı təxribat cəhdi olub — FOTOLAR
Seçki2020
21:35 25.01.2020
4394
 
80 saylı İmişli Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə seçicilərlə görüşləri davam etdirir.

AZXEBER.COM xəbər verir ki, deputatlığa namizəd Çingiz Qənizadə Beyləqan rayonunun Sarısu, Şərq və Türklər kəndlərində görüşlər keçirib.

Görüş zamanı deputatlığa namizəd regionların sosial-iqtisadi inkişaf proqramına dair 2019-2023-cü illərdə bu kəndlərdə dövlət proqramında nəzərdə tutulan və tikintisi planlaşdırılan məsələlər ətrafında məlumatlar verib. Eyni zamanda seçicilərin suallarını cavablandırıb.
 
Daha sonra kənddə olan müəyyən problemlərin müvafiq qurumlara çatdırılacağına söz verib.

Kənd sakinləri ölkədə usaqpulunun  bərpa olunmasını və  bunun yuxarı orqanların diqqətinə çatdırılmasını deputatlığa namizəddən xahiş ediblər.

Çingiz Qənizadə ayrı-ayrı vətəndaşları da fərdi qəbul edib.
 
Görüşlərdə çıxış edənlər Çingiz Qənizadənin bu kəndlər üçün əlçatan deputat olduğunu, kəndlərə gəlib seçicilərlə mütəmadi olaraq görüşdüyünü, onların qaldırdığı problemlərə diqqətlə yanaşdığını qeyd ediblər. Seçicilər deputatlığa namizədin Milli Məclisdəki beynəlxalq fəaliyyətini də yüksək qiymətləndiriblər. Həmçinin seçicilər Çingiz Qənizadəyə səs verəcəklərinə də söz veriblər.

Şərq kəndində namizədlərdən biri, İxtiyar Şirinovun oğlu Hikmət Şirinov Çingiz Qənizadənin seçicilərlə görüşə müdaxilə etmək üçün cəhdlər edib. Belə ki, o əvvəlcədən öyrədilmiş bir qrup şəxsi öz arxasıyca apararaq, şüarlar səsləndirib. Onun bu hərəkəti aktlaşdırılıb və dairəyə bu haqda rəsmi müraciət olunacaq.








OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:50 29.03.2020

Sürücülərin nəzərinə!

17:25 29.03.2020

Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ

16:53 29.03.2020

Generallar Prezidentin tapşırığı ilə karantin əra­zisinə yollandı - Fotolar

15:44 29.03.2020

İstanbul əhalisinə müraciət olundu: 48 saat evinizi tərk etməyin!

15:14 29.03.2020

Koronavirusa yoluxan azərbaycanlı xanım: “Ciddiyə alın, xəstəliyi olmayan gəncləri də öldürür”

15:12 29.03.2020

Abşeronda təbliğat qruplarında iştirak edənlərin sayı 50 nəfərə çatdırıldı - FOTOLAR

15:09 29.03.2020

“RAHAT” supermarketlər şəbəkəsinin əməkdaşları pozitiv əhval-ruhiyyə yaradırlar - VİDEO

14:56 29.03.2020

İranda koronavirusdan ölənlərin sayı 2640 nəfərə çatıb

14:43 29.03.2020

Səhiyyə Nazirliyi tibbi maskalarla bağlı əhaliyə müraciət etdi

14:38 29.03.2020

Jurnalist təşkilatı koronavirusla mübarizə tədbirlərinə qoşulur

14:34 29.03.2020

KOBİA əl dezinfeksiyaedici vasitə istehsalına dəstək verdi

14:19 29.03.2020

Azərbaycanda vəzifəli şəxsdə koronavirus aşkarlandı

13:50 29.03.2020

Koronavirus ilə mübarizədə Azəriqaz da yaşlı insanlara dəstək olacaq

13:32 29.03.2020

Bərbərxana və gözəllik salonu da bağlanmalıdır? – Rəsmi

13:31 29.03.2020

Şəmkirdə karantin rejiminə mobil qruplar nəzarət edəcək - Fotolar

13:11 29.03.2020

Rusiyada koronavirusa görə internet pulsuz oldu - QƏRAR