13:01 şənbə, 18 Yanvar 2020
SOSİAL

İTV-nin Əzizi də deputatlığa namizəd oldu

17:11, 13.01.20204555
İTV-nin Əzizi də deputatlığa namizəd oldu
İTV-də yayımlanan və qısa müddətdə populyarlaşan 3D verilişində atmacaları ilə gündəmə gələn Əziz Əliyev də deputatlığa namizədliyini irəli sürüb.
 
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, Əziz 15-ci Yasamal birinci seçki dairəsindən namizədliyini irəli sürüb. 
 
İctimai Televiziyada musiqi, əyləncəli və xüsusi layihələr departamentinin direktor müavini olan Əziz Əliyev seçkilərə qatılacağı haqda anonsu efirdə vermişdi.
 
Qeyd edək ki, həmin dairənin hazirki deputatı Ülvi Quliyevdir. Eyni zamanda 15 saylı dairədən Sərdar Cəlaloğlu və Arif Hacılı da namizəddir. 
 

XƏBƏR LENTİ