xari

Karantində toy edən məşhur iş adamı imiş

SOSİAL
10:44 05.12.2020
4973
Dünən Azərbaycanda baş tutan qalmaqallı toy məclisi "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundov tərəfindən təşkil edilibmiş.

AZXEBER.COM Bakupost.az-a istinadən bildirir ki, iş adamının qardaşı İmran Axundovun oğlu Məhəmməd Axundov ailə həyatı qurub.

Məlumata görə, toyda yalnız qohumlar və bəyin yaxın dostları iştirak edib.

Amma dünən yayılan videogörüntülərin həmin toya aid olub-olmadığı dəqiq bilinmir. Çünki ailəni yaxından tanıyan şəxslərin dediyinə görə, M.Axundov dindardır və onun toyunda bu cür musiqinin olması inandırıcı deyil.

Bu gün isə Şərurda təşkil olunan toyla bağlı rəsmi məlumat yayılıb. Məlumatda bildirilib ki, toyun təşkilatçısı, şadlıq evinin müdiri Rüstəmov Hüseyn Yəhya oğlu və məclis iştirakçısı Rzayev Həbib Rafiq oğlu saxlanılaraq inzibati qaydada 7 sutka həbs ediliblər. Lakin toy sahibi cərimə ilə yaxasını məsuliyyətdən qurtara bilib.

Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrdə də ciddi etirazlarla qarşılanıb. Bu etirazlar isə təkcə karantin qaydalarının pozulması ilə bağlı deyil. Etiraz edənlər toy sahiblərini daha çox şəhidlərimizin qırx mərasimlərinin çıxmasını gözləmədən şadyanalıq etdiklərinə görə tənqid ediblər.

OXŞAR XƏBƏRLƏR