03:23 Bazar Günü, 22 Sentyabr 2019
DÜNYA

Keçmiş prezidentin oğlu öldü - SƏBƏB

15:25, 05.09.201916596
Keçmiş prezidentin oğlu öldü - SƏBƏB

Bu ilin iyun ayında məhkəmə salonunda infarkt keçirərək vəfat edən Misirin seçilmiş ilk prezidenti Məhəmməd Mursinin oğlu Abdullah Mursi vəfat edib.

Mursinin böyük oğlu Əhməd Mursi qardaşı Abdullahın infarktdan öldüyünü açıqlayıb.

Ailənin vəkili Abdulmunim Abdulmaksut da oğul Mursinin ölüm xəbərini təsdiqləyib.

 

Vəfat edən Abdullah və onun dostu Məhəmməd İmad Abdulmunim 2014-cü ildə avtomobillərində narkotik tapılması səbəbindən həbs edilib. 1 il həbs cəzası alan A.Mursinin ailəsi oğlanlarının narkotikdən istifadə etmədiyini, həbsin siyasi məqsədli olduğunu açıqlamışdı. A.Mursi atasının ölümündən sonra Facebook hesabından Misirin prezidenti Abdulfettah əs-Sisi və digər səlahiyyətli şəxsləri atasını öldürməklə ittiham edən paylaşımlar edib.

Qeyd edək ki, Necla Mahmud adlı qadınla evil olmuş M.Mursinin Əhməd, Şeyma, Üsamə, Ömər və Abdullah adında 5 övladı var. /// lent.az

XƏBƏR LENTİ