Klub prezidenti Şeydayevin transferi barədə: “Sabah”la müqavilə onun Avropaya yolunu bağlamır”

Klub prezidenti Şeydayevin transferi barədə: “Sabah”la müqavilə onun Avropaya yolunu bağlamır”
İDMAN
15:09 17.02.2020
7585

"Sabah” klubunun Azərbaycan millisinin əsas üzvlərindən Ramil Şeydayevi heyətinə cəlb etməsi bir qədər gözlənilməz olub. 

Oxu.Az xəbər verir ki, "Qarabağ”dan ayrıldıqdan sonra Rusiya Premyer Liqa təmsilçisi "Krılya Sovetov”da çıxış edən, daha sonra bu ölkənin "Dinamo” klubuyla anlaşan Şeydayevin karyerasını ölkə xaricində davam etdirəcəyi gözlənilirdi. Lakin 23 yaşlı hücumçu Azərbaycana qayıtmaq qərarını verdi. Özü də Premyer Liqanın gənc klublarından olan "Sabah”a...

Futbolçunun keçidi ilə bağlı Bakı təmsilçisinin prezidenti Maqsud Adıgözəlovun fikirlərini öyrəndik:

"Ramil Şeydayev bu gün Azərbaycanın ən səviyyəli futbolçularından biridir. Yığmamızın əsas heyət üzvlərindəndir. Rusiya Premyer Liqasında oyun təcrübəsi var. Fikrimcə, onun keçidi "Sabah”a böyük xeyir verəcək. Komandamızın onun kimi hücumçuya ehtiyacı var idi”.

Hazırda azərbaycanlı futbolçular arasında ölkə xaricində uğurlu legioner karyerası yaşayan çox azdır. Bir çox futbol mütəxəssisləri bu amilin milli komandamızın çıxışına birbaşa təsir etdiyi fikrindədir. Ramil Şeydayev Azərbaycan millisinin əsas üzvlərindən hesab olunur. "Krılya Sovetov”dakı çıxışı ilə yerli futbolsevərləri ümidləndirən 23 yaşlı hücumçunun ən azı bu ölkədə çıxışını davam etdirəcəyinə inam çox idi. Lakin onun yenidən ölkə çempionatına üz tutması yerli futbol ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmadı.

"Sabah”ın prezidenti Maqsud Adıgözəlovun bu məsələyə münasibəti belə olub:

"Niyə biz düşünürük ki, səviyyəli azərbaycanlı oyunçular yerli çempionatda oynamamalıdır? Bu cür məntiqlə yanaşsaq, Azərbaycan klublarında ancaq legioner futbolçular oynamalıdır. Biz çempionatımızın səviyyəsini artırmaq üçün yerli və ya əcnəbi olmasına baxmayaraq, səviyyəli futbolçularla güclənməliyik. Güclü Azərbaycan çempionatı olmadan Avropa səviyyəli azərbaycanlı futbolçuların yetişməsindən danışmaq yersizdir. "Sabah”la müqavilə onun Avropaya yolunu bağlamır. Bizim Ramillə çox yaxşı münasibətimiz var. Əgər onun Avropaya yollanmaq imkanı yaransa, "Sabah” bununla bağlı heç bir problem yaratmayacaq”.

Adıgözəlov həmçinin, Ramil Şeydayevin "Sabah”a transferinin komandadakı gənc futbolçular üçün böyük stimul olduğunu bildirib:            

"Biz klubun formalaşmasında beynəlxalq təcrübədən faydalanırıq. İstər futbolçu, istər məşqçi, istərsə də əməkdaş seçimində bu amili əsas tuturuq. Bu gün "Sabah”da Futbol Akademiyasına böyük diqqət göstərilir. Həm əvəzedicilər, həm də U-19 və U-17 komandalarımız çıxış etdikləri çempionatda liderlər qrupunda qərarlaşıb.

Sadaladığım amillər bizim düzgün yolda olduğumuzdan xəbər verir. Bu qış toplanışında U-19 komandamızın dörd üzvü əsas komanda ilə birlikdə Antalyada təlim-məşq toplanışına qatıldı. Bu, həmin uşaqlar üçün böyük təcrübə oldu. Ramil Şeydayev kimi Azərbaycan millisinin əsas heyət üzvlərindən birinin "Sabah”da oynaması, öz gələcəyini bizim klubda görən gənclərə böyük stimul verir. Bu gün Ramilə oynamaq, qollar vurmaq, bizə isə mövsümün əvvəlində qarşımıza qoyduğumuz məqsədə çatmaq lazımdır. İnanıram ki, bu mübarizədə Şeydayevin bizə çox böyük köməyi dəyəcək”.

Futbolçu karyerasına Rusiyanın "Zenit” klubunda başlayan Ramil daha sonra Sankt-Peterburq klubunun əsas komandasında çıxış edib. Şeydayev "Zenit”dən başqa, Rusiyanın "Rubin”, "Krılya Sovetov”, "Dinamo” (Moskva), həmçinin Türkiyənin "Trabzonspor”, Slovakiyanın "Jilina” klublarında və ölkəmizdə "Qarabağ”da çıxış edib. Rusiyanın aşağı yaş qrupları ilə yanaşı, bu ölkənin U-21 millisində də çıxış etmiş Şeydayev 2016-cı ildən Azərbaycan yığmasının uğurları üçün çalışır. O, əsas millimizdə keçidriyi 26 oyunda dörd qola imza atıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb