xari

Laçın rayonuna dəymiş ziyan qiymətləndiriləcək

SOSİAL
18:29 01.12.2020
300

"Laçın rayonunun biomüxtəlifliyinə dəymiş ziyan qiymətləndiriləcək”.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

Onun sözlərinə görə, İşğaldan azad olunmuş Laçın rayonu zəngin biomüxtəlifliyə malikdir:

"Füsunkar Qarabağın xüsusi mühafizə olunan təbiət ərazilərindən olan Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı bu rayonun ərazisində yerləşir”.

1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu  vulkanik və relikt mənşəli Qaragöl gölünü və onun ətraf ərazilərini əhatə edir. Bu göl nadir qızılxallı forel balıqları ilə məşhurdur”. 

Qeyd edilib ki, 1961-ci ildə yaradılan Laçın Dövlət Təbiət Yasaqlığının ərazisi işğala qədər vələs, cökə, ağcaqayın meşələrindən ibarət olub və bu yerlərdə Azərbaycan Respublikasının "Qırmızı Kitabı”na daxil edilən dağ keçisi (Bezoar keçisi), Avropa cüyürü, Nəcib maral, Xəzər uları, Ütəlgi qızılquş, Adi qızılquş, Qonur ayı, Ağbaş kərkəs məskunlaşmışdı. 

A.Səmədova vurğulayıb ki, işğaldan azad olunmuş Laçın rayonu ərazisində aidiyyəti qurumlarla birgə, beynəlxalq ekspertlərin iştirakı ilə monitorinqlər aparılacaq, bölgənin ətraf mühitinə, meşələrinə, həmçinin, bitki və heyvanat aləminə dəymiş ziyan hərtərəfli qiymətləndiriləcək.

OXŞAR XƏBƏRLƏR