14:28 Cümə, 20 Iyul 2018
SOSİAL

Zorlandığı deyilən 13 yaşlı qızın atası danışdı: "Mən nə desəm, qızım onu edəcək"

11:24, 20.06.201825175
Zorlandığı deyilən 13 yaşlı qızın atası danışdı:
Dünən sosial şəbəkələrdə Lerik rayonunda məktəbli qızın zorlanması ilə bağlı məlumat yayılıb. Məlumata görə, 7-ci sinif şagirdi məmurun qohumu tərəfindən zorlanıb, onun videosu çəkilib. Qız hazırda 4 aylıq hamilədir.
 
AZXEBER.COM hadisəni araşdırmaq məqsədilə qızın atası Rasim Təhməzovla əlaqə saxlayıb. 
  
- Bir neçə gündür sosial şəbəkədə Lerik rayonunda "Azərişıq”-ın Lənkəran regionu üzrə rəis müavini Aydın Məmmədovun qardaşı oğlu, Elnur Məmmədovun qızınızı zorlaması və onun hamilə olması haqda iddialar dolaşır. Bu doğrudur?
- Bu tamamilə yalandır. Mənim övladım evdədir, heç yerə aparmamışam. Qızım 8-ci sinfi bitirib. Kim yazıb, nə qələt edib bilmirəm. Mənim internet, sosial şəbəkə ilə əlaqəm yoxdur. Bu sözlər yalandır. Bizim onlarla qohumluq əlaqəmiz var, o ailəyə qız verib, qız almışıq. Bizim aramızı vurmaq istəyirlər. Mənim qızımın adını niyə hallandırırlar, mən xəstə adamam. Səhərdən özümə gələ bilmirəm.
 
- Qızınızın Aydın müəllimin sürücüsü Elnurla ilə münasibəti var?
- Qızımın 14 yaşı var. Elnur qızımı qaçırmaq istəyib, ancaq verməmişəm. Demişəm qoy qızımın yaşı tamam olsun sonra verəcəm. Mən də övlad toyu görmək istəyirəm. Bizim onlarla qohumluq əlaqəmiz olduğuna görə. Onlar qızımı istəyiblər vermişəm, adətə görə biz tərəfdə beşikkəsti var, ancaq qız həddi-buluğa çatana qədər mənimlədir. Bu artıq sözlərdir yazırlar. Qızımı heç kim zorlamayıb. 
 
Ola bilər ki, Elnur sizin qızınızı qaçırmaq istəyib, siz "yox" deyəndən sonra ona təcavüz edib?
- Xeyir bu ola bilməz. Çünki mən qızımla Bakıya gəmişəm. Rayondan çıxmışam.
 
- Nəyə görə qızınızla rayondan çıxmısız? 
- Mən şəkər adamam. Hər il 6 aydan bir müalicə alıram xəstəliyimə görə və bu səbəbdən Bakıya gəlirəm. Qızımla Bakıya gələ bilmərəm?
 
- Qızınız hazırda hardadır?
 - Qız mənimlə birlikdə Bakıdadır, hazırda qardaşımgildəyik.
 
- Qızınız özü haqda yazılanları oxuyubmu?
 -Xeyir. Bizim internetlə əlaqəmiz yoxdur. Ona görə də biz belə şeyləri nə oxuyuruq, nə də görürük. 
 
- Lerik Rayon Polsi idarəsindən bu məsələ ilə bağlı sizinlə əlaqə saxlayıblar?
- Polis idarəsindən bu haqda mənimlə heç kim mənimlə əlaqə saxlamayıb. Tanışlar var maraqlanıblar. Mən də demişəm ki, hər kəs gedib öz ailəsi ilə maraqlansın, mənim ailəmlə işi olmasın. Bir də ki, əgər polisə şikayət olunmayıbsa, polis niyə mənimlə əlaqə saxlamalıdır?
 
- Qızınızı həmin oğlana verəcəksinizmi?
- Bəli. Qızım həddi-buluğa çatdıqdan sonra verəcəm həmin oğlana. Bizdə beşik kəsdi deyilən adət var ki, mən də qızım anadan olanda bu adəti etmişəm.
 
- Bəs qızınız o oğlanı sevməsə, ona ərə getmək istəməsə nə olacaq?
- Bizdə qız oğlanı sevsin, oğlan qızı sevsin, belə adət yoxdur. Valideyn kimə istəsə qızını verir və övlad da valideynin bu qərarı ilə razılaşır. Mən nə desəm, qızım da onu edəcək.
 
- Bəs oğlanın neçə yaşı var?
- Elnurun 24 yaşı var, əsgərlikdən yeni qayıdıb. Ağlı başında olan, tərbiyəli oğlandır. 
 
- Bu məsələ ilə bağlı başqa kim sizinlə əlaqə saxlayıb?
- Lerik rayon icra hakimiyyətindən zəng etmişdilər. Mənə dedilər ki, təcili gəl, səninlə görüşək. Mən də dedim ki, Bakıdayam, xəstə adamam. Nə vaxta rayona gəlsəm, gələrəm. 
 
- Yazırlar ki, qızınızın intim videosu var deyə siz çox danışa bilmirsiz. Qorxursuz ki, birdən onu yayarlar..
- Onu kim yazırsa ... (söyüş söyür) Mənim qızımın adını belə şeylərdə hallandırmayın, ayıbdır. 

XƏBƏR LENTİ