“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar

“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
SOSİAL
17:25 23.07.2026
1994
Seçicilərlə görüşlər keçirmək, onların problemlərini dinləmək və aidiyyəti qurumlar qarşısında qaldırmaq deputatların əsas fəaliyyət istiqamətlərindən biridir. Hər gün onlarla vətəndaş müxtəlif məsələlərlə bağlı millət vəkillərinə müraciət edir.

Bəs vətəndaşlar deputatlara ən çox hansı mövzularla bağlı müraciətlər edilir?  Deputatların yaddaşında iz qoyan ən maraqlı və qeyri-adi seçici müraciətləri hansılar olub?

Mövzu ilə bağlı AZXEBER.COM deputatlar arasında sorğu keçirilib.

Milli Məclisin deputatı Elman Nəsirov:

"Ayda minimum iki dəfə seçicilərlə görüş keçirirəm. Bu görüşlər zamanı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olur və imkanlarımız çərçivəsində onların həllinə kömək etməyə çalışırıq.


Yaddaşıma qalan müraciətlərdən biri gənc bir oğlanla bağlı idi. Mənə yaxınlaşıb xahiş etdi ki, onu hamıdan sonra qəbul edim. Dedi ki, söyləyəcəyi məsələni başqalarının eşitməsini istəmir. Görüşün sonunda onu qəbul etdim. Təkbətək söhbət zamanı bildirdi ki, evlənmək istəyir, amma sevdiyi qız onunla ailə qurmaq istəmir, ailəsi də bu izdivaca razılıq vermir. Səbəbini soruşduqda dedi ki, maddi imkanı zəif olduğu üçün qızın ailəsi onu istəmir. Daha sonra məndən xahiş etdi ki, qızın ailəsinə elçiliyə gedim və onları razı salım. Mən isə ona dedim ki, əgər qızın özü bu evliliyi istəmirsə, mənim müdaxiləmlə qurulan ailənin gələcəyinə nikbin baxmaq çətindir. Belə bir məsuliyyəti üzərimə götürə bilmərəm. Ona tövsiyə etdim ki, ilk növbədə qızın sevgisini və etimadını özü qazansın”.

Milli Məclisin deputatı Arzu Nağıyev

"Mənim üçün seçicilərin ən qeyri-adi müraciəti belə adi seçici müraciətidir. Mən bütün məsələlərə məhz bu prizmadan yanaşıram”.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı:

"Mənə daxil olan bütün müraciətlər yadımda qalır. Çünki onların hər biri ilə məşğul olmaq lazımdır. Neftçala ağır sosial problemləri olan bir rayondur. Burada işsizlik və digər sosial problemlər kifayət qədər çoxdur. Ən çox işə düzəlmə və dərman alınması ilə bağlı müraciətlər daxil olur. Rayonun əsas problemləri isə işıq və qaz təminatı, eləcə də köhnəlmiş işıq dirəkləri ilə bağlıdır”.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli:

"Müraciətlər mənimlə seçicilər arasında və əgər əsaslıdırsa,  həmin müraciətləri ünvanladığım qurumlar arasında qalan bir məsələdir. Ən müxtəlif mövzularda müraciətlər olur və bu da təbii qəbul olunmalıdır. İnsanlar da, onların problemləri də müxtəlif olur. İnsan talelərinin vahid resepti olmur. Bu baxımdan, müraciətlərin mövzularını təbii qəbul edirəm və qeyri-adi heç nə görmürəm”.


Milli Məclisin deputatı Ceyhun Məmmədov:

 

"Seçicilər deputata inanır, onu özlərinin güvən yeri hesab edirlər. Ən çox müraciətlər işlə təminat və maddi yardımla bağlı olur. Diqqət çəkən məsələlərdən biri də ailədaxili problemlərin həllində deputatdan kömək istənilməsidir. Lakin bu müraciətlərin həlli hər zaman mümkün olmur. Çünki belə problemlərin çox ciddi səbəbləri olur. Bəzən xeyir işlərlə bağlı dəstək göstərilməsi də xahiş edilir. Müraciətlər müxtəlifdir və biz çalışırıq ki, onların hər birinin həllinə kömək göstərək”.
Milli Məclisin deputatı Razi Nurullayev:

 


"Çoxlu maraqlı müraciətlər olub. Elələri var ki, demək olmur, çünki inciklik yarada bilər. Amma, üç müraciət xatırlayıram ki, israrla məni məcbur etməyə çalışıblar ki, onları həyat yoldaşı ilə barışdırım. Bu işlərə qətiyyətlə qarışmamışam.

Bir müraciət də olmuşdu ki, işə düzəldim, yüksək maaş olsun, amma işə ayda iki dəfə getsin”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 17 yaşlı oğlan dəm qazından zəhərləndi
09:31 08.11.2026
Sumqayıtda 17 yaşlı oğlan dəm qazından zəhərləndi
Yaponiyada güclü zəlzələ olub, 20-dən çox şəxs yaralanıb
09:20 08.11.2026
Yaponiyada güclü zəlzələ olub, 20-dən çox şəxs yaralanıb
"Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
09:12 08.11.2026
"Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
Şəmkirdə avtomobil ağaca çırpılıb: ölən və yaralananlar var
09:03 08.11.2026
Şəmkirdə avtomobil ağaca çırpılıb: ölən və yaralananlar var
Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
08:52 08.11.2026
Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
08:43 08.11.2026
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
Koalisiya qüvvələri husilərin ballistik raketini vurub
08:34 08.11.2026
Koalisiya qüvvələri husilərin ballistik raketini vurub
Ceyhun Bayramov: Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür
08:25 08.11.2026
Ceyhun Bayramov: Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür
XİN: Zəfər Günü milli həmrəyliyimizin, dövlətçilik iradəmizin və gələcəyə olan inamımızın rəmzidir
08:18 08.11.2026
XİN: Zəfər Günü milli həmrəyliyimizin, dövlətçilik iradəmizin və gələcəyə olan inamımızın rəmzidir
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
08:12 08.11.2026
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
"İnter Mayami" MLS-də "Şarlott"la heç-heçə edib
08:01 08.11.2026
"İnter Mayami" MLS-də "Şarlott"la heç-heçə edib
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
07:54 08.11.2026
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
Çilidə avtobusun yük maşını ilə toqquşuması 12 nəfərin ölümünə səbəbə olub
07:45 08.11.2026
Çilidə avtobusun yük maşını ilə toqquşuması 12 nəfərin ölümünə səbəbə olub
Messinin loqolu çantası diqqət mərkəzinə düşdü
07:00 08.11.2026
Messinin loqolu çantası diqqət mərkəzinə düşdü
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
06:48 08.11.2026
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
06:36 08.11.2026
Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub