BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Ölkə rəhbərliyinə ən çox müraciət olunan şəhər və rayonlar - SİYAHI

Ölkə rəhbərliyinə ən çox müraciət olunan şəhər və rayonlar - SİYAHI
SİYASƏT
10:22 19.02.2020
2984
2019-cu ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin təhlili göstərir ki, Bakı şəhərinin rayonlarından, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Kürdəmir, Laçın, Saatlı, Sabirabad, Salyan, Şamaxı, Şəmkir, Tovuz, Zərdab, digər şəhər və rayonlardan daha çox müraciət daxil olub.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilib.

Qeyd edilir ki, müraciətlərin çox olmasının həm obyektiv, həm də subyektiv səbəbləri var:

"Narahatlıq doğuran məsələ odur ki, vətəndaşlar yerli qurumlarda həll olunmalı, yaxud izahat verilməli məsələlər barəsində Prezident Administrasiyasına yazırlar. Əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayının real mənzərəni əks etdirən bir göstərici olduğunu nəzərə alsaq, deməliyik ki, Naftalan, Yevlax, Ağstafa, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Lerik, Masallı, Sabirabad, Şəmkir, Ucar, Yardımlı, Zəngilan, Zərdab, digər şəhər və rayonlarda bu rəqəm daha yüksək olmuşdur. Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir və bu, onların yaranma səbəblərini aşkarlamağa, lazım gəldikdə, müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı operativ tədbirlər görməyə və yaxud mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaş müraciətlərinə baxılması, həmçinin qəbulların təşkili ilə bağlı müvafiq tövsiyələrin verilməsinə imkan yaradır. 2019-cu ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 67,9 faizi ərizə, 31,8 faizi şikayət, 0,3 faizi isə təklifdir”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:54 29.03.2020

Bu gündən Bakı metrosu sutkada 5 saat işləyəcək

00:52 29.03.2020

Dünyada koronavirusa yoluxanların sayı 570 min nəfəri ötdü

00:51 29.03.2020

TƏBİB sədri: "Koronavirusun regionlarda aşkarlanması ciddi həyəcan siqnalıdır"

00:49 29.03.2020

Rüştü Rəcbər də koronavirusa yoluxdu

23:56 28.03.2020

Fransada koronavirus qurbanlarının sayı 2,3 min nəfəri ötdü

23:44 28.03.2020

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!” - VİDEO

23:20 28.03.2020

Prezident: "Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir"

22:55 28.03.2020

Dövlət başçısı: "Əgər bu infrastruktur olmasaydı, xəstəliyə qarşı necə mübarizə apara bilərdik"

22:52 28.03.2020

İlham Əliyev: "Qaydaları pozanlara qarşı tədbirlər daha da sərtləşdiriləcək"

22:50 28.03.2020

“Mindən çox insan Atletlər kəndində saxlanılır” - İlham Əliyev

22:37 28.03.2020

“Azərbaycana qayıdışın, bu axınının hansısa formada qarşısının alınmasına ehtiyac var”

22:33 28.03.2020

Prezidentin həkimlərlə bağlı dəstək mesajı “Alov Qüllələri”ndə - VİDEO

22:25 28.03.2020

Türkiyədə koronavirusa yoluxanların və ölənlərin sayı artıb

22:10 28.03.2020

Mehriban Əliyeva: "Tibb işçilərimiz bu çətin sınaqdan şərəflə çıxırlar"

21:53 28.03.2020

Azərbaycan Prezidenti: "Biz mütləq həm xəstələrə sahib çıxacağıq, həm də iş adamlarına"

21:29 28.03.2020

İlham Əliyev tibb işçilərini alqışladı - VİDEO