23:29 çərşənbə Axşamı, 18 Fevral 2020
KRİMİNAL

Mal-qara oğurlayan əmioğluları saxlanıldı

14:53, 11.02.20206093
Mal-qara oğurlayan əmioğluları saxlanıldı
Şəmkir rayonunda mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, rayon sakini Elçin Əkbərovun 10 baş iri buynuzlu heyvanı rayonun Şiştəpə kəndi yaxınlığındakı otlaq sahədən naməlum şəraitdə itib.

Şəmkir RPŞ əməkdaşları tərəfindən yanvarın 23-də heyvanları otlaq sahəsindən oğurlamaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş, 31 yaşlı Elman Nağıyev və onun əmisi oğlu, 31 yaşlı Səfər Nağıyev saxlayıblar. 

Dindirilmə zamanı onlar törətdiyi oğruluq hadisələrini etiraf edərək həmin heyvanları Bərdə rayonunda satdıqlarını, əldə etdikləri pulu isə aralarında bölərək xərclədiklərini bildiriblər. 

Faktla bağlı araşdırmalar davam etdirilir.
XƏBƏR LENTİ