xari

Mədəniyyət Nazirliyi bəyanat yayıb

MƏDƏNİYYƏT
18:01 06.11.2020
601

Mədəniyyət Nazirliyi Qubadlı rayonundakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı bəyanat yayıb.

AZXEBER.COM xəbər verir ki, bəyanatda deyilir:

Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan Respublikasının tarixi ərazisi – Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar bu günlər şanlı Azərbaycan Ordusu tərəfindən qarış-qarış yağılardan təmizlənir. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, həmçinin 200-dən çox qəsəbə və kənd işğaldan azad edilib.

Uzun illər davam etmiş işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub. Ermənilər məscidlərin içərisində ev heyvanları saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini ortaya qoyublar. İşğal olunmuş ərazilərdə yerləşən mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət dünya irsinə qarşı yönəlmiş təhdid kimi dəyərləndirilməlidir.

İşğaldan azad olunmuş ərazilərdə yerləşən abidələrin bir çoxu, o cümlədən Qubadlı rayonunun Məmər kəndindəki XVIII əsrə aid məscid də, gözlənildiyi kimi, acınacaqlı vəziyyətdədir. Bədnam ermənilər bu dini-mədəniyyət abidəsindən də Zəngilan rayonundakı məscid kimi donuz tövləsi olaraq istifadə ediblər. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir. Eyni zamanda bu vandalizm faktı ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət olduğundan beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya birliyi tərəfindən kəskin qınaq obyektinə çevrilməli, hüquqi qiymətini almalıdır.

Sivil dünya dövlətlərini və xalqlarını Ermənistan Respublikasının bəşəri dəyərlərə qarşı bu cür mənfur əməllərini pisləməyə çağırırıq.

Xüsusilə diqqətə çatdırırıq ki, 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”ya əsasən, işğalçı dövlət mədəni sərvətlərin dağılmasına, talan edilməsinə, qeyri-qanuni mənimsənilməsi hərəkətlərinə yol verməməli, bu sərvətlərə qarşı yönəlmiş düşmənçilik hərəkətlərindən çəkinməlidir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:56 15.01.2021

İqtisadi Şuranın növbəti iclası keçirilib

20:29 15.01.2021

Prezident: Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir – VİDEO

20:07 15.01.2021

BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq

19:49 15.01.2021

İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”

19:32 15.01.2021

İlham Əliyev, Mehriban Əliyeva və qızları yenidən Cıdır düzündə olublar - FOTOLAR

19:30 15.01.2021

İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"

19:18 15.01.2021

Prezident Cıdır düzündə paxlava ilə çay içib: "Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!"

19:04 15.01.2021

“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır

18:43 15.01.2021

Ceyhun Bayramovun finlandiyalı həmkarı ilə telefon danışığı olub

18:29 15.01.2021

Bayden pandemiyaya görə amerikalılara ödənən pulu artırmağı təklif etdi

18:18 15.01.2021

Monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək - Çavuşoğlu

17:49 15.01.2021

Azərbaycan və Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə etdilər

17:37 15.01.2021

Makron Ərdoğana məktub göndərib

17:26 15.01.2021

Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA

17:13 15.01.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı bu gün də azaldı

16:55 15.01.2021

Mehriban Əliyeva Cıdır düzündən görüntülər paylaşdı - VİDEO