Məhbusu ayaqlarından asaraq döyüblər? - Penitensiar xidmətdən reaksiya

Məhbusu ayaqlarından asaraq döyüblər? - Penitensiar xidmətdən reaksiya
KRİMİNAL
12:21 10.05.2019
5255
Penitensiar xidmət "Azadlıg.info" informasiya portalında dərc edilmiş "Məhbusu ayaqlarından asaraq döyüblər” sərlövhəli məqaləsinə münasibət bildirib.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a daxil olan açıqlamada deyilir ki, məqalə müəllifləri özünü hüquq müdafiəçisi kimi təqdim edən Oqtay Güləliyevə istinadən cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərə qarşı işgəncə hallarının artması, Penitensiar xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Eldəniz Quliyevə qarşı müəssisə əməkdaşları tərəfindən qeyri-insani hərəkətlərin edilməsi haqqında həqiqətdən tamamilə uzaq məlumat dərc ediblər.

Penitensiar xidmət bildirir ki, həmin məqalədə göstərilənlər real vəziyyəti əks etdirmir və böhtan xarakterlidir: "Belə ki, Xidmətin tabe qurumlarında saxlanılan məhkumların və həbs edilmiş şəxslərin hüquqları və qanuni mənafeləri etibarlı qorunur. Eyni zamanda, müxtəlif dövlət, yerli və beynəlxalq qurumlar tərəfindən cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında monitorinq və yoxlamalar aparılır, məhkumlar təklikdə qəbul edilir və hər-hansı bir işgəncə halı aşkar olunduqda bu fakt mütləq müvafiq sənədlərdə əks olunur.

6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum E.Quliyev səhhətində bəzi problemlər olduğundan dəfələrlə müayinə üçün Penitensiar xidmətin Müalicə müəssisəsinə göndərilmiş və onun müalicəsi üçün peşəkar tibbi mütəxəssislər cəlb edilib.

Sonuncu dəfə məhkum cari ilin aprel ayında müalicə kursu keçmiş və cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Həm məhkum E.Quliyev, həm də digər səhhətində problemi olan məhkumlar istər Xidmət əməkdaşları, istərsə də tibbi personal tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bununla belə, Penitensiar müəssisələrdə daxili intizam qaydalarına cəza çəkənlər tərəfindən ciddi riayət olunmalıdır. Bu tələbləri pozmağa cəhd edən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tənbeh tədbirləri tətbiq olunur və dərhal sənədləşdirilir.

Penitensiar xidmət insan hüquq və azdlıqlarının müdafiəsi ilə məşğul olmağa təşəbbüs göstərən şəxslərin yoxlanılmamış, həqiqətə uyğun olmayan məlumatların dərc olunmasına görə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıdıqlarını bir daha nəzərə çatdırır".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb