BAKU AZƏRBAYCAN
8°C
euro 1.8595
dollar 1.7000
rubl 0.0229
lirə 0.2543

Mehriban Əliyevadan Bilik günü təbriki - Foto

SOSİAL
11:47 15.09.2019
5170
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva şagird və tələbələri 15 sentyabr – Bilik Günü münasibəti ilə təbrik edib.

AZXEBER.COM xəbər verir ki, təbrik mətni birinci xanımın rəsmi "İnstagram" səhifəsində paylaşılıb.

"Əziz məktəblilər, tələbələr. Hörmətli müəllimlər və valideynlər.

Sizi bu əziz, sevimli bayram – Bilik Günü münasibətilə təbrik edirəm.

Bu, yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.

Əziz dostlar, Bilik Gününüz mübarək!", - deyə təbrikdə bildirilir.
 

 



OXŞAR XƏBƏRLƏR