xari

Meksikada “Pfizer” peyvəndi vurulan həkim xəstəxanalıq oldu

SAĞLAMLIQ
12:54 03.01.2021
335
Meksikada "Pfizer” peyvəndi vurulan həkim xəstəxanalıq olub.

Yerli mətbuatın məlumatına görə, 32 yaşlı həkim, qıcolma, nəfəs darlığı və beyin iltihabı ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi də məlumat yayıb.

Qeyd edilib ki, sözügedən şəxsin səhhəti peyvənd vurulduqdan yarım saat sonra pisləşib. Hazırda peyvəndin doğurduğu reaksiyanın səbəbləri araşdırılır. İlkin diaqnoz kimi ensefalomiyelit (onurğa beyində və ya beyində iltihab) göstərilib.

Xəstənin vəziyyətinin stabil olduğu bildirilib.

Qeyd edək ki, sözügedən həkimin əvvəllər də bir sıra dərmanlara qarşı allergik reaksiyaları olub.

OXŞAR XƏBƏRLƏR