01:50 Bazar Ertəsi, 27 Yanvar 2020
İDMAN

"Messi dövrünün ən yaxşısıdı" - Ronaldinyo

16:30, 13.12.20192640
Braziliyanın əfsanəvi futbolçusu Ronaldinyo "Barselona"dakı sabiq komanda yoldaşı Lionel Messinin 6-cı dəfə "Qızıl top" mükafatını qazanmasına münasibət bildirib.

AZXEBER.COM marc.az-a istinadən xəbər verir ki, "sambaçı" Messinin buna layiq olduğunu söyləyib.

Ancaq o, argentinalının futbol tarixinin ən yaxşısı adlandırılması ilə razı deyil: "Mən Leoya görə xoşbəxtəm. Çünki o, mənim dostum və "Barselona"nın simasıdı. Ancaq onun digər böyük oyunçularla daim müqayisə edilməsini xoşlamıram. Maradona, Pele, Ronaldo var. Daim tarixin ən yaxşı oyunçusunu axtarmayın.  Leonun tarixin ən yaxşısı olduğunu söyləyə bilmərəm, ancaq dəqiq öz dövrünün ən yaxşı oyunçusudu".

Qeyd edək ki, Lionel Messi 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə "Qızıl top"u qazanıb.


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ