BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Məzahir Pənahov: "MSK-ya daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisəolunmaz dərəcədə azdır"

Məzahir Pənahov:
Seçki2020
11:02 20.01.2020
3886
"Mərkəzi Seçki Komissiyasına daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisəolunmaz dərəcədə azdır".

"Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müəyyən şikayətlər var ki, MSK istəsə də Seçki Məcəlləsinin tələbinə görə, həmin məsələ Komissiyanın iclasına çıxa bilməz:

"Hətta həmin şikayət xarakterli müraciətlər də daxil olmaqla ümumi şikayətlərin sayı 30-40-ı keçmir. Yəni, bu ilki seçkilərdə şikayətlər ötən seçkilərlə müqayisəolunmaz dərəcədə azdır. Bu da bizi sevindirir".

Sədr deputatlığa namizədlərin sayının çox olmasına da münasibət bildirib.

"Cəmiyyətdə baş verən dəyişikliklər hiss olunur ki, ictimaiyyət tərəfindən yaxşı qarşılanır. Əvvəllər biz deyirdik ki, müstəqil ölkənin vətəndaşları fəal olmalıdırlar. Bu gün çox məmnuniyyətlə deyə bilərəm ki, artıq bunu fəaliyyətimizdə hiss edirik”, - sədr əlavə edib.

OXŞAR XƏBƏRLƏR