02:00 Bazar Ertəsi, 16 Sentyabr 2019
İDMAN

Milli komandanın qapıçısı oteldə dünyasını dəyişdi

18:11, 10.09.20195640
Milli komandanın qapıçısı oteldə dünyasını dəyişdi

Kurasao millisinin qapıçısı Jarzinyo Piter dünyasını dəyişib.

31 yaşlı qolkiperin KONKAKAF Millətlər Liqasında Haiti ilə matç öncəsi Port-o-Prensdə qaldığı oteldə ürək tutmasından  öldüyü bildirilir.

Futbolçunun ölümü səbəbilə KONKAKAF Millətlər Liqasında keçiriləcək bütün matçlar bir dəqiqəlik sükut ilə başlayacaq.

Qeyd edək ki, millinin üçüncü qapıçısı olan J.Piter ada təmsilçisinin heyətində 12 matçda forma geyinib.

 

qol.az

XƏBƏR LENTİ