Xətai rayonu 35 saylı üçüncü Dairə Seçki Komissiyasının sədri İmran Hüseynəliyev həlledici səs hüququ vəzifəsindən azad edilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında bildirilib.
Onun yerinə isə Qaratov Qarat Şahnəzar oğlu təyin edilib.
Qeyd edək ki, İ.Hüseynəliyev öz xahişi ilə vəzifəsindən azad edilib.