02:15 çərşənbə Axşamı, 17 Sentyabr 2019
SİYASƏT

Müşfiq Rəhimovun yerinə o gətirildi

17:48, 21.08.20193537
Müşfiq Rəhimovun yerinə o gətirildi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsi ilə bağlı əmr imzalayıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən vəzifənin icrası polkovnik-leytenant Leysanov Afiyyədin Bahəddin oğluna tapşırılıb.

 

O, buna qədər sözügedən idarədə inspektor vəzifəsində çalışıb.

Qeyd edək ki, bunadək Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsini uzun illər yol polisinin əsas simalarından biri olmuş polis polkovniki Müşfiq Rəhimov icra edib. O, avqustun 13-də öz raportuna əsasən, vəzifəsindən azad olunaraq sərəncama götürülüb.

XƏBƏR LENTİ