19:50 şənbə, 21 Sentyabr 2019
İQTİSADİYYAT

Nabucco üzrə danışıqlar 2013-cü ilin əvvəlində bərpa olunacaq

15:50, 25.12.2012787
Nabucco üzrə danışıqlar 2013-cü ilin əvvəlində bərpa olunacaq
Tərəflərin səyinə baxmayaraq, bu il “Şahdəniz”in əsas ixracatçıları (BP, SOCAR, Statoil və Total) "Nabucco West" konsorsiumunun üzvləri maliyyə sazişi imzalaya bilməyiblər. Hərçənd oktyabrın sonunda Bakıda "Nabucco Pipeline Company" təmsilçiləri jurnalistləri əmin edirdi ki, dekabrın I ongünlüyündə Azərbaycan tərəfi ilə saziş imzalanacaq. Bu isə layihənin inkişafına yeni impuls verəcək. Nabucco West isə bəyanatlarına rəğmən, “Şahdəniz” layihəsinin əsas ixracatçılarını bu marşrutun cəlbediciliyinə inandırmaq üçün "bütün zəruri sənədləri detallı öyrənib hazırlaya" bilmədi. Hazırda Nabucco West iştirakçıları əmindir ki, yeni ildən dəyişikliklər olacaq. Belə ki, Bolqarıstanın enerji holdinqinin başçısı Mixail Aldonov Financial saytına bildirib ki, 10 yanvar 2013-cü ildə Sofiyada Nabucco səhmdarlarının görüşü keçiriləcək. Bu görüşdə maliyyə sazişinin Azərbaycan tərəfinin arzusunu ifadə edən bir bəndi təsdiq edilə bilər. Bu bəndə əsasən, bu marşrut Azərbaycan qazının Avropaya nəqli üçün əsas kimi seçilsə, boru kəməri konsorsiumunun səhmlərinin 50%-i “Şahdəniz”in əsas səhmdarlarına verilməlidir.
XƏBƏR LENTİ