07:57 çərşənbə, 26 Fevral 2020
Maqazin

Nadir Qafarzadə: ‘Türkiyə buna mane olmasa, mən onları xalq kimi tanımayacağam’

22:40, 12.03.20123637
Nadir Qafarzadə: ‘Türkiyə buna mane olmasa, mən onları xalq kimi tanımayacağam’

“Əgər bizim müğənnilərdən kimsə Sezen Aksunun mahnısını oxuyacaqsa, deməli o erməninin mahnısı oxumuş olacaq”.

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur müğənnisi Sezen Aksu üç ildir üzərində işlədiyi “Kök” adlı albomuna erməni dilində ifa etdiyi mahnı yerləşdirəcək.

AZXEBER.COM-unməlumata görə, ifaçı məhz qədim Azərbaycan xalq mahnısı olan “Sarı gəlin”i erməni dilində səsləndirəcək. Eyni zamanda, albomda müğənnini erməni xoru müşayiət edəcək.

Sezen Aksunun bu hərəkəti Türkiyədə olduğu kimi Azərbaycanda da böyük etiraza səbəb olub. Son günlər sosial şəbəkələrdə və mətbuatın gündəmində ən aktual məsələlərdən biri də məhz budur.

AZXEBER.COM portalı məsələnin ictimaiyyət üçün əhəmiyyətli olmasını nəzərə alıb, Azərbaycan şou-biznesində olan müğənnilərin və bəstəkarların fikirlərini öyrənib. İlk olaraq bəstəkar Gövhər Həsənzadə portalımızın suallarını cavablandırıb. Daha sonra isə müğənni Ayaz və Elnur öz fikirlərini bizimlə bölüşüblər. ( Xəbəri buradan oxu: http://www.azxeber.com/news/14132.htm )

AZXEBER.COM portalı məsələ ilə bağlı növbəti şou-biznes nümayəndəsi Nadir Qafarzadənin də fikirlərini öyrənib. Müğənni Sezen Aksunun bu hərəkətini pisləyərək, onu ermənipərəstlikdə ittiham edib: “Mənim bildiyim qədəriylə Sezen Aksu dövlət sənətçisidir. O zaman Türkiyə dövləti onun bu addımına mane olmalıdır. Əgər olmayacaqsa, o zaman mən onları xalq kimi tanımayacağam. Bilirsiniz, biz kimə dəyər verib süfrəmizə oturduruqsa onlar bizə xəyanət edir. Mən açığı bu işə çox pis baxıram. İnsan gərək öz kökünə bağlı olsun. Sezen Aksunun belə çıxır ki, bizim millətə heç bir hörməti yoxdur. O açığı demək istəyir ki, “Ay azərbaycanlılar bu mahnı nankorlara məxsusdur”. Bu xanım bəlkə də məni tanımır, elə bir insanın heç tanımasını da istəməzdim. Bu bizə qarşı edilmiş çox böyük hörmətsizlikdir”.

-Nadir bəy, Sezen Aksu bu addımı atdıqdan sonra onun Bakıya gəlişi üçün qadağalar qoyulmalıdırmı?

- Bəli qoyulmalıdır. Əgər qoyulmasa deməli biz özümüzə hörmət etmirik. Mən artıq ona nifrət edirəm. 

-Bəs onun mahnılarına necə, qadağa qoyulmalıdırmı?

- Bəli qadağa edilməlidir. Radiolardan onun mahnıları çıxardılmalıdır. Heç bir sənətçi dostum onun mahnılarına müraciət etməməlidir. Əgər bizim müğənnilər kimsə Sezen Aksunun mahnısını oxuyacaqsa, deməli o erməninin mahnısı oxumuş olacaq.

Güləsər Quliyeva

XƏBƏR LENTİ