“Nar” İT sahəsində fərqlənən tələbələrə dəstək oldu - FOTO

“Nar” İT sahəsində fərqlənən tələbələrə dəstək oldu - FOTO
İQTİSADİYYAT
18:01 10.10.2019
7462
Ölkədə elm və təhsilin inkişafına, xüsusən də informasiya texnologiyaları sahəsində ixtisaslı kadrların yetişdirilməsinə önəm verən "Nar”, "ADA” Universiteti ilə əməkdaşlığını davam etdirir.

AZXEBER.COM xəbər verir ki, bu dəfə mobil operator akademik göstəricilərinə görə fərqlənən tələbələrə təqaüdlər verib. Oktyabrın 10-da "ADA”-da keçirilən  "Akademik Mükəmməllik Günü”ndə Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin tələbələri üçün nəzərdə tutulan  "Lütfi Zadə” adına təqaüdü qazananların adları açıqlanıb. Qeyd edək ki,  tələbələr növbəti semestrin təhsil haqqına 100% güzəşt əldə edirlər. 

"Nar” və "ADA” Universiteti arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş layihələr arasında "ADA” Universiteti Fondu ilə əməkdaşlıq, Universitetin  tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, ADA ixtisasartırma proqramlarına "Nar” əməkdaşlarının cəlb edilməsi də mövcuddur.

Ölkənin ən gənc mobil operatoru "Nar”ın elm və təhsilin inkişafına yönəlik sosial layihələri haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. 
 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycana bir sıra məhsulların idxalına gömrük rüsumlarının dərəcələri dəyişdirilir
21:12 13.11.2026
Azərbaycana bir sıra məhsulların idxalına gömrük rüsumlarının dərəcələri dəyişdirilir
Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var
21:02 13.11.2026
Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var
Mixeil Kavelaşvili: Rəcəb Tayyib Ərdoğanı böyük dost adlandırıram
20:53 13.11.2026
Mixeil Kavelaşvili: Rəcəb Tayyib Ərdoğanı böyük dost adlandırıram
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
20:47 13.11.2026
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyi ilə bağlı qərar verib
20:37 13.11.2026
Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyi ilə bağlı qərar verib
Britaniyalı nazir: Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Bakı ilə münasibətlərdə yeni fəsil açacaq
20:32 13.11.2026
Britaniyalı nazir: Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Bakı ilə münasibətlərdə yeni fəsil açacaq
“Azərbaycan neft-qaz gəlirlərindən asılılığı azaltmaq istəyir” – Deputat
20:26 13.11.2026
“Azərbaycan neft-qaz gəlirlərindən asılılığı azaltmaq istəyir” – Deputat
Bakıda tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
20:19 13.11.2026
Bakıda tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün tələblər təsdiqlənib
20:12 13.11.2026
Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün tələblər təsdiqlənib
Azərbaycan "TotalEnergies" ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib
20:06 13.11.2026
Azərbaycan "TotalEnergies" ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
20:01 13.11.2026
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Azərbaycanda işsizlərin sayı açıqlandı
19:40 13.11.2026
Azərbaycanda işsizlərin sayı açıqlandı
Sabah Parisdə üç etiraz aksiyası planlaşdırılıb
19:27 13.11.2026
Sabah Parisdə üç etiraz aksiyası planlaşdırılıb
Azercell və AKM “FireWall 2026” hakatonuna start verir
19:15 13.11.2026
Azercell və AKM “FireWall 2026” hakatonuna start verir
Merts ABŞ-ni Ukrayna üzrə danışıqlarda "sürprizlərə" yol verməməyə çağırıb
18:59 13.11.2026
Merts ABŞ-ni Ukrayna üzrə danışıqlarda "sürprizlərə" yol verməməyə çağırıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
18:46 13.11.2026
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək