00:41 şənbə, 24 Avqust 2019
KRİMİNAL

Narkotik alverçisi olan qadın saxlanıldı

11:48, 22.07.20193084
Narkotik alverçisi olan qadın saxlanıldı
Binəqədidə narkotik vasitələrin satışı ilə məşğul olan qadın saxlanılıb.

AZXEBER.COM DİN-ə istinadən xəbər verir ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini Ruhiyyə Tağıyeva tutulub.

Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılan R.Tağıyevanın üzərinə baxış keçirilən zaman güclü psixotrop təsirə malik 82,189 qram metamfetamin aşkar olunaraq götürülüb. R.Tağıyeva ifadəsində narkotik vasitələri istifadə etməklə yanaşı, satışı ilə də məşğul olduğunu etiraf edib. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
XƏBƏR LENTİ