12:21 Cümə, 23 Avqust 2019
KRİMİNAL

Narkotiklə aldadılaraq 15 il azadlıqdan məhrum olunan şair: “Məşhurlaşacağam” - VİDEO

16:26, 15.07.20193466
Narkotiklə aldadılaraq 15 il azadlıqdan məhrum olunan şair: “Məşhurlaşacağam” - VİDEO
AZXEBER.COM xəbər verir ki, ARB TV-nin "Rezonans" proqramında bu dəfə 3-cü məhkumluq həyatı yaşayan Oruc Həsənovun həyatından danışılıb.

Oruc Həsənov - Məhkum (Cəzası: 10 il, ümumi 14 il): "Şairəm, 50 kitabım var. Jurnalist kimi müxtəlif qəzetlərdə çalışmışam. Uşaq yaşlarından müxtəlif qəzetlərdə şeirlərim çıxırdı. Kitab şəklində 1997-ci ildə çıxarmışam. Hərdən toya gedirdim. Meyxana da deyirdim. Toyda falan nəşə çəkirdim. Aludəçisi olmamışam. 2 dəfə elə tutulmuşam. İşdən gəlirdim. Qonşuda narkoman var idi.
 
Mənə dedi ki, ala bu nəşəni polis bölməsinin yanından keçirt, məhlədə verərsən. Bölmənin yanında tutdular. Dedilər ki, kimindir? Deyə bilmədim qonşunundur. 2 il iş verdilər. 2-ci dəfə Şəmkirdə olanda kənd uşaqları vermişdi. Çəkdim xoşuma gəlmədi. Pencəyimin cibinə qoydum. Gəldilər pencəyimin cibindən çıxdı. 2 il yarım verdilər, il yarım çəkdim. Burada olduğum müddətdə 4 kitab yazmışam. Çöldə olsaydım yaza bilməzdim.
 
Bəlkə də bu kitablarla məşhurlaşacam. Çöldə yazdığım 45 kitabı buradakı 1 kitaba dəyişmərəm. Bu kitablar sayəsində bəlkə də adım Azərbaycan ədəbiyyatına düşəcək. Kitabımın birinin adını "Ağıllı dəli" qoymuşam. Şair kimi ağıllı, insan kimi dəli. 2 qızım var. Birinin 15, birinin 12 yaşı var. Özüm demişəm ki, gəlməyin. 6 ildir gələn yoxdur".
 


XƏBƏR LENTİ