BAKU AZƏRBAYCAN
12°C
euro 1.8595
dollar 1.7000
rubl 0.0229
lirə 0.2543

Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik etdi

Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik etdi
SİYASƏT
15:12 18.02.2020
3676
Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası Nursultan Nazarbayevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Rəhbəri olduğunuz Yeni Azərbaycan Partiyasının fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilərdə qalib gəlməsi ilə əlaqədar Sizi səmimi qəlbdən təbrik edirəm.

Hesab edirəm ki, bu qələbə Sizin konstruktiv xarici və daxili siyasətinizin, həmçinin həyata keçirdiyiniz islahatlara Azərbaycan xalqının dəstəyinin nəticəsidir.

"Nur-Otan" Partiyasının sədri olaraq Qazaxıstanın və Azərbaycanın aparıcı siyasi qurumları arasında səmimiyyətə və etimada söykənən münasibətləri yüksək qiymətləndirirəm.

Əminəm ki, Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının xalqları arasında əsl dostluq üzərində qurulan əməkdaşlıq bundan sonra da möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və rifah arzulayıram".

OXŞAR XƏBƏRLƏR