Prezidentlər “Sea Breeze”də - Fotolar

Prezidentlər “Sea Breeze”də - Fotolar
SİYASƏT
20:54 02.07.2025
672
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Xəzər dənizinin sahilində yerləşən "Sea Breeze” istirahət mərkəzində olublar.

AZXEBER.COM xəbər verir ki, "Sea Breeze”in təsisçisi Emin Ağalarov Azərbaycanın və Özbəkistanın dövlət başçılarına kurort ərazisində həyata keçirilən və qarşıdakı dövr üçün planlaşdırılan layihələr barədə məlumat verib.

Hazırda 500 hektar ərazini əhatə edən "Sea Breeze”də indiyədək 3 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib. Ötən dövr ərzində kompleksin ərazisində 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. Ərazidə artıq 20 min sakin yaşayır və 2028-ci ilə qədər onların sayı 50 mindən çox olacaq. Bütövlükdə layihə tam başa çatdırıldıqdan sonra burada 500 min sakin yaşayacaq. Bundan başqa, ümumilikdə, 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımadanın yaradılması nəzərdə tutulub.

İstirahət zonaları, parklar və çimərliklər üçün artıq 150 hektardan çox ərazi ayrılıb. Kurort-şəhərdə sakinlər və qonaqlar üçün rahat şəraitin yaradılması, eləcə də onların asudə vaxtının səmərəli təşkili məqsədilə zəruri infrastruktur qurulub, məktəb, uşaq bağçası, xəstəxana tikilib. Aparılan abadlıq işləri çərçivəsində təxminən 10 milyon bitki və ağac əkilib, nəticədə yaşıllıq sahələrinin ümumi ərazisi 300 hektara çatıb.

Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən və müxtəlif formatda çoxsaylı daşınmaz əmlak obyektlərini bir araya gətirən "Sea Breeze” dünya miqyasında nadir layihə hesab olunur. Onun əsas layihələri sahilboyu yerləşir.

Hazırda "Sea Breeze” ərazisində 6560 nəfər işlə təmin olunub, gələcəkdə bu rəqəmin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Layihəyə qoyulan ümumi investisiyanın həcmi artıq 3 milyard ABŞ dollarına çatıb, növbəti beş ildə isə 10 milyard dollardan çox sərmayə cəlb olunması nəzərdə tutulur. Qeyd edək ki, ərazidə məşhur özbək brendi olan "The Choyxona” restoranı da fəaliyyət göstərir.

Həmçinin Emin Ağalarov Çarvak su anbarında həyata keçiriləcək "Sea Breeze Uzbekistan” layihəsinin yenilənmiş master-plan konsepsiyasını təqdim edib.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentin təltif etdiyi Mətanət Əliverdiyevadan - AÇIQLAMA
16:26 05.11.2026
Prezidentin təltif etdiyi Mətanət Əliverdiyevadan - AÇIQLAMA
Unibank ağacəkmə kampaniyasında iştirak edib
16:22 05.11.2026
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Prezident bu məşhur aparıcıları da təltif etdi - FOTO
16:20 05.11.2026
Prezident bu məşhur aparıcıları da təltif etdi - FOTO
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
16:03 05.11.2026
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
15:57 05.11.2026
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
15:54 05.11.2026
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir