Prezident BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
SİYASƏT
10:40 05.11.2026
477
Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli tədbir iştirakçıları,

Sizi "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” mövzusunda beynəlxalq tədbirdə salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

Dövlət xidmətlərinin əlçatanlığı, şəffaflıq və rəqəmsallaşma dayanıqlı inkişafın mühüm şərtlərindəndir. Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində aparılan ardıcıl islahatların nəticəsi olaraq 2012-ci ildə dövlət xidmətlərinin keyfiyyətli, innovativ və inteqrasiya olunmuş qaydada göstərilməsini təmin edən "ASAN xidmət” yaradılmışdır.

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət” bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir. Bu təcrübəmizin 50-dən çox ölkə ilə paylaşılması və artıq müxtəlif ölkələrdə uğurlu tətbiqi "ASAN xidmət”in dövlət xidmətlərinin təşkilində səmərəli institusional model olduğunu sübut edir.

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət”in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət”in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı”na, 2019-cu ildə isə "Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində Xüsusi Mükafat”a layiq görülməsi nailiyyətlərimizin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

BMT ilə əməkdaşlıq bu təcrübəmizin daha geniş coğrafiyada təşviqi üçün yeni imkanlar yaradır. 2024-cü ildə Azərbaycan ilə BMT arasında imzalanmış Töhfə Sazişi "ASAN xidmət” nümunəsinin dörd qitədə təbliğini ehtiva edir.

Azərbaycan bundan sonra da dayanıqlı inkişaf məqsədlərinin təşviqini dəstəkləyəcək, keyfiyyətli dövlət xidmətlərinin göstərilməsi istiqamətində beynəlxalq fəaliyyətə töhfə verəcəkdir.

Əminəm ki, bugünkü tədbir mütərəqqi ideya və yeni yanaşmaların təşviqinə, habelə konkret təşəbbüslərin irəli sürülməsinə xidmət edəcəkdir.

Sammitin işinə uğurlar, bütün iştirakçılara səmərəli müzakirələr arzulayıram".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xırdalanda sakinlərin istirahət yerində obyekt tikilir? - VİDEO
00:20 13.11.2026
Xırdalanda sakinlərin istirahət yerində obyekt tikilir? - VİDEO
48 cinayətdə təqsirləndirilən dəstə başçısı Azərbaycanda tutuldu
00:13 13.11.2026
48 cinayətdə təqsirləndirilən dəstə başçısı Azərbaycanda tutuldu
Bakıda ev almaq üçün ən sərfəli 5 ƏRAZİ
00:08 13.11.2026
Bakıda ev almaq üçün ən sərfəli 5 ƏRAZİ
300 min manatlıq dələduzluq - Onlarla şikayətçi və həbs edilənlər var - VİDEO
00:03 13.11.2026
300 min manatlıq dələduzluq - Onlarla şikayətçi və həbs edilənlər var - VİDEO
Yolda iri çuxura düşən avtomobilə ciddi ziyan dəyib - VİDEO
23:56 12.11.2026
Yolda iri çuxura düşən avtomobilə ciddi ziyan dəyib - VİDEO
Azərbaycan və Britaniya universitetləri arasında yeni tərəfdaşlıqlar qurulacaq
23:53 12.11.2026
Azərbaycan və Britaniya universitetləri arasında yeni tərəfdaşlıqlar qurulacaq
Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiya əlaqələri genişləndiriləcək
23:43 12.11.2026
Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiya əlaqələri genişləndiriləcək
Skaloni Argentina yığması ilə bağlı qərarını verdi
23:39 12.11.2026
Skaloni Argentina yığması ilə bağlı qərarını verdi
Bakı və London müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək, təhdidlərə cavab verəcəklər
23:22 12.11.2026
Bakı və London müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək, təhdidlərə cavab verəcəklər
Türkiyə millisi Sergenin rəhbərliyi altında ilk matçında Belçikaya uduzdu
23:13 12.11.2026
Türkiyə millisi Sergenin rəhbərliyi altında ilk matçında Belçikaya uduzdu
İsrail Fransada prezidentliyə namizədi "persona non qrata" elan edib
23:04 12.11.2026
İsrail Fransada prezidentliyə namizədi "persona non qrata" elan edib
Rusiya-Ukrayna danışıqlarının yeni raundu gələn həftə keçiriləcək
22:55 12.11.2026
Rusiya-Ukrayna danışıqlarının yeni raundu gələn həftə keçiriləcək
Ceyhun Bayramovla Ararat Mirzoyan ayaqüstü söhbət etdilər - Video
22:39 12.11.2026
Ceyhun Bayramovla Ararat Mirzoyan ayaqüstü söhbət etdilər - Video
Rusiya Ukraynanın neft-qaz obyektini sıradan çıxarıb
22:36 12.11.2026
Rusiya Ukraynanın neft-qaz obyektini sıradan çıxarıb
Azərbaycan Çexiyanın ən iri neft təchizatçısıdır
22:21 12.11.2026
Azərbaycan Çexiyanın ən iri neft təchizatçısıdır
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub
22:10 12.11.2026
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub