Xəbər verdiyimiz kimi, Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Təltif edilənlər arasında məşhur aparıcı və aktrisa Mətanət Əliverdiyeva da var.
Aparıcı AZXEBER.COM-a açıqlamasında "Tərəqqi” medalı alması münasibətilə öz hisslərini bölüşüb:
"İndi eşitmişəm, mənim də heç xəbərim yox idi. Qızlar mənə deyəndə elə bil məni bir həyəcan bürüdü. Bunu eşidəndə ayrıca sevindim. Bayaqdan gözlərim yaşla dolub. Çünki nəzərə alsaq ki, neçə ildir bu sahədəyəm, 1995-ci ildən radioda çalışıram, artıq 32-ci ilə keçir. Bu qədər ildən sonra yenidən radioda olmaq, "Xəzər”də olmaq, öz verilişimin başlaması mənim üçün çox böyük sevincdir. Elə sevinmişəm ki, sözlə ifadə etmək çətindir. İndi elə verilişimə başlayacağam. Bu hissləri yaşamaq mənim üçün çox gözəldir”.
Aynur Babazadə











































