Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər

Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
SOSİAL
15:18 05.11.2026
21
Azərbaycanda bəzi iş yerlərində saatlıq əməkhaqqı sisteminin tətbiqi və hər iş saatına görə minimum ödəniş məbləğinin müəyyən edilməsi təklif olunur.

Bu dəyişikliklər Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Hazırda ölkədə minimum aylıq əməkhaqqı 400 manat təşkil edir. Saatlıq əməkhaqqı sisteminin tətbiqi zamanı isə minimum ödənişin hansı məbləğdə müəyyənləşdiriləcəyi maraq doğurur.

İqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında bildirib ki, saatlıq əməkhaqqı sisteminin tətbiqi üçün ilk növbədə qanunvericilik bazası yaradılmalıdır:

"Hazırda Azərbaycanda saatlıq əməkhaqqı ilə bağlı ayrıca qanunvericilik bazası mövcud deyil. Ölkədə aylıq minimum əməkhaqqı müəyyən edilib və hazırda bu məbləğ 400 manatdır. Qanunvericiliyə əsasən, istər özəl, istərsə də dövlət sektorunda çalışan işçiyə bu məbləğdən aşağı əməkhaqqı ödənilə bilməz.
Lakin saatlıq əməkhaqqı sisteminin tətbiqi üçün ilk növbədə onun minimum məbləği qanunvericilikdə təsbit olunmalıdır. Bu, işçilərin əmək hüquqlarının qorunması baxımından vacibdir. Mövcud qaydaları əsas götürərək 400 manatlıq minimum əməkhaqqını beşgünlük iş həftəsi və gündəlik səkkiz saatlıq iş rejimi üzrə hesablasaq, bir saatlıq əməkhaqqı təxminən 2 manatdan bir qədər çox edir. Düşünmürəm ki, bu məbləğ işçilər üçün cəlbedici olsun. Ona görə də saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulursa, bu istiqamətdə ayrıca qanunvericilik bazası yaradılmalıdır”.

İqtisadçı Xalid Kərimli isə minimum əməkhaqqının 2027-ci ildən 15 faiz artırılmasının gözlənildiyini və yeni sistemdə saatlıq ödənişin də bu məbləğ əsasında hesablanacağını bildirib:

"Minimum əməkhaqqı hazırda 400 manatdır. Onun artırılması planlaşdırılır. Ehtimal olunur ki, 2027-ci ildən minimum əməkhaqqı 15 faiz artırılacaq. Sadəcə, hesablama qaydası dəyişdiriləcək. Belə ki, 400 manat aylıq iş saatlarına bölünəcək və minimum saatlıq əməkhaqqı müəyyən ediləcək. Yəni aylıq minimum əməkhaqqına uyğun olaraq saatlıq minimum məbləğ hesablanacaq və bundan aşağı ödəniş etmək mümkün olmayacaq.
İşçiyə sərf edib-etməməsinə gəlincə, bu, minimum əməkhaqqıdır. Hökumət yalnız ən aşağı əməkhaqqı həddini müəyyən edir ki, bundan aşağı maaş verilməsin. Bazar şəraiti imkan verirsə, işçi daha yüksək əməkhaqqı tələb edə bilər. Lakin bu, əmək bazarındakı vəziyyətdən və iş yerlərinin mövcudluğundan asılıdır. İş yeri varsa, işçi daha yüksək maaş tələb edə bilər, yoxdursa, bunu etmək imkanı məhdudlaşır. Dövlət minimum əməkhaqqını müəyyən edərkən bir neçə amili nəzərə alır. Bunlara inflyasiya, əmək məhsuldarlığı, iqtisadi artım, əmək bazarındakı vəziyyət, özəl şirkətlərin əməkhaqqını artırmaq imkanları və digər amillər daxildir”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası