“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”

“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
SOSİAL
14:08 05.11.2026
427
"Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığı vacibdir və bu da büdcədən ayırmaların minimumlaşdırılmasını aktuallaşdırır. 2027-ci ildə DSMF-nin büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1.6 milyard manatın ayrılması nəzərdə tutulub. Bu il üçün bu rəqəm 1.7 milyard manat idi”.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-cı il üçün büdcə layihələrinin müzakirəsi zamanı bildirib.

"Məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərinin proqnozlaşdırılması metodologiyasına əsasən, 2027-ci il gəlirləri 7 milyard 585 milyon manat proqnozlaşdırılır. Onun da 7 milyard 456 milyon manatı metodologiyaya sabit proqnoz rəqəm kimi daxil edilir, dəyişən (veribl) kimi deyil. Əgər metodologiya nəticəsində əldə ediləcək rəqəmin 98.2 faizi hazır rəqəm kimi formulaya daxil edilibsə, o zaman metodologiyaya nə ehtiyac var?

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar gələn il təxminən 9 faiz artacaq. Qeyri-büdcə sektoru üzrə təxminən 7 faiz artacaq. Gələn ildən qeyri neft və qeyri-dövlət sektoru üzrə gəlir vergisinin 3 faizdən 5 faizədək artırılmasının təsirləri nəzərə alınıbmı? Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənişlərin daha çox artacağı gözləniləndir. Çünki gələn ildən minimum əməkhaqqı da artırılacaq.

2027-ci ilə sair xərclərdə 30 faiz artım nəzərdə tutulub. Bu, xərc maddələri üzrə ən yüksək artım faizidir. Hazırda "sair xərclərin” görünən təsnifatı olmadığı üçün ümumiyyətlə, büdcələrə daxil edilməməsinin müzakirə edildiyi halda, bu maddə üzrə yüksək artım faizi nə ilə bağlıdır?

2027-ci ildə əhaliyə ödənişlər fondun büdcəsində 96.5 faiz çəkiyə malik olacaq. Bu göstərici bu il üçün 96.4 faiz proqnozlaşdırılıb. Cüzi azalma olsa da belə sosial paketin icra olunacağı il üçün müzakirə olunmalı məsələdir. Səbəb icra vəziyyəti ilə bağlıdır? 

Müavinət ödənişlərində gələn il kəskin artımlar olacaq. Uşağın anadan olmasına görə məbləğ 39 milyon 970 min manatda gələn il 84 milyon 10 min manata, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar ödəniş 10 milyon manatdan 21.4 milyon, dəfn üçün nəzərdə tutulan məbləğ isə 37.6 milyon manatdan  50.5 milyon manata çatdırılacaq. 

Dəfn müavinətləri ödənişlərinin işləməyən şəxslər də dünyasını dəyişəndə ödənilməsi məqsədəuyğun olardı. Mövcud qaydalara əsasən, dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan, sığortaolunan şəxslər və əmək pensiyaçıları vəfat etdikdə dəfn pulu ödənilir. Amma işləməyən şəxs dünyasını dəyişən zaman onun ailəsinin bu dəstəyə ehtiyacı daha çox olur. Ona görə də həmin ailələrə bu hallarda müavinətin ödənilməsi arzuolunandır.  2025-ci ildə Azərbaycanda dünyasını dəyişənlərin ümumi sayı 33 806 nəfər olmuşdur. Onların 62,6 faizi isə 65 və yuxarı yaşda olub, deməli, əksəriyyəti pensiyaçı olub. Göründüyü kimi, bu, əlavə ciddi izafi xərc yaratmayacaq.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcləri bu il üçün nəzərdə tutulan 90 milyon 980 min manatdan gələn il 94 milyon 750 min manata çatdırılır. Bu artım ödənişlərdəki ümumi artım ilə bağlıdır, yoxsa bank xərclərində artımlar proqnozlaşdırırsınız?

İşsizlikdən sığorta fondunun xərcləri 319.2 milyon manat olacaq. Onun cəmi 36 milyon manatı işsizliyə görə sığorta ödənişləridir. Yəni 11.5 faizi işsizliyə görə sığorta ödənişidir. Əgər fondun xərclərinin hər 100 manatdan cəmi 11 manatı onun adında qeyd edilən işsizlikdən sığorta üçün istifadə edilirsə, ya fondun xərclərinin strukturunun yenidən təhlili, ya da fondun adının dəyişdirilməsi məqsədəuyğundur.

Göründüyü kimi, fondun vəsaitlərin əhəmiyyətli hissəsi işsizliyə görə sığorta ödənişlərindən kənar istiqamətlərə yönəldiləcək. Aktiv sosial proqramlara daha çox vəsait yönəltdiyini nəzərə alaraq fondun adının dəyişdirilməsi, "Məşğulluq və işsizlikdən sığorta fondu” adlandırılması onun fəaliyyət istiqamətlərinə və eləcə də fəlsəfəsinə daha uyğun olardı”, - deputat bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Britaniya universitetləri arasında yeni tərəfdaşlıqlar qurulacaq
23:53 12.11.2026
Azərbaycan və Britaniya universitetləri arasında yeni tərəfdaşlıqlar qurulacaq
Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiya əlaqələri genişləndiriləcək
23:43 12.11.2026
Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiya əlaqələri genişləndiriləcək
Skaloni Argentina yığması ilə bağlı qərarını verdi
23:39 12.11.2026
Skaloni Argentina yığması ilə bağlı qərarını verdi
Bakı və London müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək, təhdidlərə cavab verəcəklər
23:22 12.11.2026
Bakı və London müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək, təhdidlərə cavab verəcəklər
Türkiyə millisi Sergenin rəhbərliyi altında ilk matçında Belçikaya uduzdu
23:13 12.11.2026
Türkiyə millisi Sergenin rəhbərliyi altında ilk matçında Belçikaya uduzdu
İsrail Fransada prezidentliyə namizədi "persona non qrata" elan edib
23:04 12.11.2026
İsrail Fransada prezidentliyə namizədi "persona non qrata" elan edib
Rusiya-Ukrayna danışıqlarının yeni raundu gələn həftə keçiriləcək
22:55 12.11.2026
Rusiya-Ukrayna danışıqlarının yeni raundu gələn həftə keçiriləcək
Ceyhun Bayramovla Ararat Mirzoyan ayaqüstü söhbət etdilər - Video
22:39 12.11.2026
Ceyhun Bayramovla Ararat Mirzoyan ayaqüstü söhbət etdilər - Video
Rusiya Ukraynanın neft-qaz obyektini sıradan çıxarıb
22:36 12.11.2026
Rusiya Ukraynanın neft-qaz obyektini sıradan çıxarıb
Azərbaycan Çexiyanın ən iri neft təchizatçısıdır
22:21 12.11.2026
Azərbaycan Çexiyanın ən iri neft təchizatçısıdır
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub
22:10 12.11.2026
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub
Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat
22:07 12.11.2026
Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat
Kavelaşvili Gürcüstanın regional əməkdaşlıq tərəfdaşları sırasında Azərbaycanın əhəmiyyətini qeyd edib
21:55 12.11.2026
Kavelaşvili Gürcüstanın regional əməkdaşlıq tərəfdaşları sırasında Azərbaycanın əhəmiyyətini qeyd edib
Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb
21:38 12.11.2026
Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb
Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb
21:32 12.11.2026
Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb
Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var
21:24 12.11.2026
Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var