01:43 çərşənbə, 19 Fevral 2020
Seçki2020

“Çox təsirləndim…” – Jalə Əliyeva seçicilərlə bir arada – FOTOLAR

23:21, 19.01.20204774
“Çox təsirləndim…” – Jalə Əliyeva seçicilərlə bir arada – FOTOLAR
Bu gün Zərdabın Gəndəbil kəndində seçicilərimizlə görüşdük. Çox səmimi, çox xoş bir ortam idi.

AZXEBER.COM xəbər verir ki, bunu 3 dəfə millət vəkili olan və 5-ci dəfə seçkilərə qatılan deputatlığa namizəd, professor, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

"İnsanlarımızda böyük bir ruh yüksəkliyini gördüm. Həmin görüşdə iştirak edən indi Pedaqoji Universitetin 2-ci kurs tələbəsi olan birinci şəkildəki Məryəm qızımız siz demə bundan 15 il əvvəl həmin kənddə mənimlə keçirilən görüşə gəlibmiş ve o zaman 3 yaşında imiş. O zaman mənim ona hədiyyə etdiyim üç rəngli bayrağımızı evlərində bu günə kimi göz bəbəyi kimi qoruyurlar. Çox təsirləndim”-deyən millət vəkili bununla yanaşı, rəsmi "Facebook” səhifəsində məlum görüşlə bağlı paylaşdığı fotolardan bəhs edib.

"İkinci şəkildə soldan birinci olan Xədicə ana isə əslən Zərdabın Isaqbağı kəndindəndir. 15 il əvvəlki görüşdə kənd qadınları ilə birlikdə həyətlərindən gül yığıb mənə hədiyyə ediblər. Hər iki xatirəni nəql edərkən üzlərində gördüyüm təbəssüm, gözlərindən hiss etdiyim doğmalıq inanilmaz bir səadət bəxş etdi mənə”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.

Qeyd edək ki, J. Əliyeva Zərdabı (qismən də Ucarı), 92 saylı Seçki Dairəsini 3-cü çağırışdan-2005-ci ildən bu yana Milli Məclisdə (MM) təmsil edir.

MM-in Mədəniyyət komitəsinin sədr müavini, həm də Əmək və sosial siyasət komitəsinin üzvüdür.

Azərbaycanın QDİƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvüdür.

Parlamentin fəal üzvlərindən, həm də mediada fəallığı ilə seçilən deputatlardandır.

Filologiya elmləri doktoru, professordur.

Bir qızı, 3 nəvəsi var.
 

 

 

 

 

 


XƏBƏR LENTİ