13:29 şənbə, 17 Noyabr 2018
TOP4

"Pensiyaların orta məbləği 240 manatdan çox olacaq" - Nazir

13:33, 06.11.20184324
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 95%-dən çoxu əhaliyə ödənişlərdir. Bu ödənişlər vasitəsilə ölkədə pensiyanın orta məbləğinin artırılması və 240 manatı keçməsi planlaşdırılır.

"Report” xəbər verir ki, bunu nazir Sahil Babayev bildirib. 

Xatırladaq ki, "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsində DSMF-nin gələn il üçün gəlirləri və xərcləri 3 928 104 000 manat məbləğində nəzərdə tutulub. 

Sənədə əsasən, 2019-cu ildə DSMF-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 2 419 371 590 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə gəlirləri 811 687 000 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə gəlirləri 110 684 590, qeyri-büdcə sektoru üzrə gəlirləri 1 497 000 000 manat, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə gəlirləri 65 000 000, sair gəlirləri isə 6 000 000 manat təşkil etməlidir.
XƏBƏR LENTİ