01:38 Bazar Günü, 23 Fevral 2020
Seçki2020

Deputat olmaq istəyən Pərvin Babayeva kimdir?

11:28, 18.01.202011438
Deputat olmaq istəyən Pərvin Babayeva kimdir?
12 saylı Qaradağ - Binəqədi - Yasamal seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Namizədin tərcümeyi-halını təqdim edirik: 

Namizədiniz kimdir ?

Babayeva Pərvin Çingiz qızı  1985-ci il noyabrın  14-də Bakı şəhərində anadan olub.Bakı şəhəri  8 Saylı tam orta məktəbin məzunudur..Ilk ali təhsilini Azərbaycanda daha sonra Moskva Texnoloqiya Universitetinin Maliyyə Kredit fakultəsində davam etdirib. 2006-2009 -cu illərdə Azərbaycan Dövlət Neft Şirkətinin  "Neftqaztikinti” trestində texniki işçi, mühəndis və Icraya Nəzarət şöbəsinin rəisi vəzifələrində, 2009 -2017-ci illərdə özəl sektorda kadrlar üzrə mütəxəssis kimi fəaliyyətini davam etdirib. 2015-ci ildən "Sevinc Tənha Analara Dəstək” qrupunu təsis edərək xeyriyyəçilik işləri ilə məşğul olmağa başlayıb. "Sevinc Tənha Analara Dəstək” qrupunum təsisçi sədridir. 2015 -ci ildən bu günədək hər ay imkansız ailələrə, sahibsiz yaşlı insanlara ərzaq yardımları, başsız ailənin övladlarını təmənnasız sünnət, serebral iflicdən əziyyət çəkən uşaqların əməliyyatı və s. kimi işlər ilə fəailiyyət göstərməkdədir. Subaydir. Ailənin tək övladıdır.

Seçkiqabağı Platformanın əsas məqamları!

Əziz Seçicilərim! Milli məclisdəki fəaliyyətimdə ilk olaraq uzun illərdir davam edən erməni işğalına qarşı mübarizəmizdə daha sərt qanunlar müzakirə olunsun.Erməni işğalının qarşısının alınması üçün beynəlxalq təşkilatlar,parlamentlər və mediada məsələləri gündəmə gətirəcəm.

Təsil sistemimizdə gördüyümüz problemləri gündəmə gətirib onları aradan qaldırılması üçün bütün gücümü ortaya qoyacam.Bir müəllim ailəsində böyümüş vətəndaş olaraq müəllimlərin əmək haqqılarının artırılması,şagirdlərə yüksək səviyyədə təhsil verilməsi,ali məktəblərdə tələbələrin təhsildən sonra işlə təmin edilməsi üçün Milli məclisdə daima müzakirələrə lahiyələr təqdim edəcəm.
Bunun üçün qusursuz Təhsilimizə,ən ali peşə olan müəllim peşəsinin dəyərinin yüksəlməsinə Səs verin!

Milli Məclisdə qaldıracağım problemlər arasında qadın hüquqlarının müdafiəsi əsas yer tutacaq.Erkən nigah,qadın zorakılığı,uşaq əməyindən sui istifadə,qadın alveri və sairə rast gəlinən problemlərə birgə SON verək.
 Əsas məqsədim övladını tənha böyüdən analarımıza dəstək olmaq,onların məişət və sosial problemlərini kökündən həll etməkdir.
Bunun üçün Qadınlarımızın Səsinə səs verin!
Hər bir xırda problemlərinin həllində öz seçicilərimin yanında olmağı onlara söz verirəm.
Mən Babayeva Pərvin Milli Məclisdə tək bir Azərbaycan Respublikasının millət vəkili deyil,hər bir seçicimin parlamentdə ailə üzvü  şəklində təmsil edəcəm! 
 Əziz seçicilərim !
Mənə inanıb,güvənərək hər biriniz mənə ses verib   parlamentdə sizin millət vəkiliniz olmağa layiq bilərsizsə , Sizə xidmət etmək əsas vəzifəm olacaq!

09 fevral 2020- ci ildə Azərbaycan Respublikasının növbədənkanar parlament seçkilərində iştirak edərək Pərvin Çingiz qızı Babayevaya SƏS verin! Səs verin ki, söz verdiklərim yalnız sətirlərdə deyil Milli Məclisin tribunalarında geniş şəkildə müzakirə olunsun!
XƏBƏR LENTİ