BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Prezident diplomatik nümayəndəliklərlə bağlı tapşırıq verib

Prezident diplomatik nümayəndəliklərlə bağlı tapşırıq verib
SİYASƏT
00:06 24.03.2020
3653
Diplomatik nümayəndəliklərin rəhbərləri, səfirlər, baş konsullar, səfirlik və baş konsulların işçiləri, onların ailə üzvləri koronavirus pandemiyasının yayıldığı ölkələrdə fəaliyyətlərini davam etdirirlər.
 
 AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası Çində başlayandan orada olan səfirliyimiz bu günə qədər tam tərkibdə fəaliyyət göstərir.

"Cənubi Koreyada, İran İslam Respublikasında, İtaliyada, o cümlədən digər koronavirusun yayıldığı ölkələrdə səfirliklər fəaliyyətini davam etdirir. Dövlət başçısı tərəfindən tapşırıq verilib ki, diplomatik nümayəndəliklərimiz orada qalmalı, fəaliyyətlərini davam etdirməlidir. Onlar zəruri hallarda Azərbaycan vətəndaşlarına xidmət etməli, köməklik göstərməlidirlər”.

OXŞAR XƏBƏRLƏR